Mojo.az Banner
12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |     11:36 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi  |     11:28 Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü  |     11:22 Qızıl və gümüş bahalaşdı  |     11:18 Bakıda və Abşeronda hava iki gün tozlu olacaq  |     11:14 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib  |     11:10 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gün İlham Əliyevin təşəbbüsü ilə daha bir Zirvə görüşü keçiriləcək

04.05.2020 15:08 3 234
Bu gün İlham Əliyevin təşəbbüsü ilə daha bir Zirvə görüşü keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşü keçiriləcək.

Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş XVIII Zirvə Görüşündə sədrlik Azərbaycana verilib. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçiriləcək.

AZƏRTAC xəbər verir ki, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatılacağı videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak edəcəklər.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir.

Azərbaycan nəinki milli səviyyədə COVID-19-a qarşı mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal səviyyədə də COVID-19-a qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə öz əhəmiyyətli töhfəsini verir.скачать dle 11.3
Mojo.az Banner