Mojo.az Banner
20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO

02.05.2020 13:43 2 454
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Lənkəran rayonunun Liman şəhər sakini Azər Məlikov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı üç bükümdə üç qrama yaxın narkotik vasitə heroin aşkar edilərək götürülüb. A.Məlikova narkotik vasitəni satan şəxsin Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Səlimov olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. V.Səlimovun üzərindən və yaşadığı evdən iki bükümdə ümumilikdə 130 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3
Mojo.az Banner