Bakının Yasamal rayonunda bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.
1988-ci il təvəllüdlü Şükürov Azim Məhərrəm oğlu naməlum şəraitdə bıçaq xəsarəti alıb. O, qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.