Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xatirə İslam əri haqqında: “Allah mənim ömrümdən alıb ona versin” - VİDEO

27.04.2020 23:54 2 935
Xatirə İslam əri haqqında: “Allah mənim ömrümdən alıb ona versin” - VİDEO
“Ailə ilə pəhriz saxlamaq çətindir. Subay olduğum zamanlar günlərlə yemək yemirdim. Amma ailəli olanda evdə yemək bişirilir. Oğlum yemək yeyir, nə qalırsa, artığını özüm yeyirəm. Özümdən asılı deyil. Vaxtlı-vaxtında yatıb-dura bilmirəm. Dünya da dağılsa, səkkizin yarısında oyanmalıyam ki, oğlum Emili sürücüyə verim. Gecə saat üçdə-dörddə yatan adamam”.

Median.Az
xəbər verir ki, bu sözləri ATV-də yayımlanan “Şou ATV” proqramında qonaq olan müğənni Xatirə İslam deyib.

Həyat yoldaşı Fəxrəddin Musayevdən “yerlə göy” qədər razı olan Xatirə sözləri ilə onu təriflərə qərq edib:

“Ərim şir bürcündəndir. Avqustun 15-də dünyaya gəlib. Allah mənim ömrümdən alıb, Fəxrəddinə versin. O olmasaydı, bəlkə də mən məhv olmuşdum. Evdə hər işi Fəxrəddin idarə edir. Uşağın məktəbindən tutmuş, onun tərbiyəsinə kimi. Mən oğluma dərs öyrədə bilərəm? Özümə dərs öyrədən lazımdır (gülür). Hədsiz dərəcədə mənə kömək olur. Xasiyyəti də əladır, rahat insandır. Ürəklə özüm qərar verə bilirəm dostlarımla harasa getməyi. Sıxıcı adam deyil”.

Xatirə verilişin gedişatında ondan istifadə edən şəxsləri efir vasitəsi ilə ifşa edib, özündən kənarlaşdırdığını bildirdi: “Bu yaxın aylarda məndən istifadə edən insanları özümdən uzaqlaşdırmışam. Adımla bağlı hər yerdə özünə hörmət, ruslar demişkən “blat” qazanır, yanımda isə elə danışır ki, sanki bu belə imiş. Belə adamlarla əlaqəni kəsmək lazımdır. Salamı saxlayırsan. Yeddi-səkkiz aydan sonra görürsən ki, o insana salam belə verən yoxdur. Günah da onun özündədir”.//oxu.az

скачать dle 11.3
Mojo.az Banner