Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Həbib Nurməhəmmədovun atası xəstəxanaya yerləşdirildi

25.04.2020 19:37 2 113
Həbib Nurməhəmmədovun atası xəstəxanaya yerləşdirildi
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov xəstəxanaya yerləşdirilib.

"Report"un Rusiya mətbuatına istinadən xəbərinə görə, məlumatı o, özü də təsdiqləyib. Qısa açıqlama verən ata Nurməhəmmədov "Xəstəxanada yatıram, üzrlü sayın" deyib.

Onun hansı səbəbdən xəstaxanaya yerləşdirilməsinin səbəbi isə məlum deyil.

Qeyd edək ki, daha əvvəl Həbib Nurməhəmmədovun aprelin 18-də Las-Veqasda amerikalı Toni Ferqyusonla nəzərdə tutulan döyüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Son xəbərlər