Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi | 20:47 Azərbaycan məhsulları ixrac bazarlarında fitosanitar tələblərə uyğunluğu ilə seçilir | 20:40 Bu xəstələr üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişdi | 20:35 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib | 20:27 GTA 6 asılılığının əsas əlamətləri | 20:22 Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı | 20:14 Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur | 20:09 Sakinlər “İron İnşaat” şirkətindən narazıdır | 20:01 Kaliforniyada təyyarə qəzası olub - Ölənlər var | 19:56 Rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı yeni tələblər | 19:50 3-cü sinif şagirdi vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Fatih Terim koronavirusdan tamamilə sağaldı

15.04.2020 21:13 3 535
Fatih Terim koronavirusdan tamamilə sağaldı
Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin koronavirusla bağlı verdiyi sonuncu analizin nəticəsi də mənfi çıxıb.

"Report"un "NTV Spor"a istinadən məlumatına görə, bu barədə 67 yaşlı mütəxəssis özü məlumat verib.

Baş məşqçinin sözlərinə görə, testdən sonra onda infeksiyanın simptomları aşkar olunmayıb.

F.Terim bildirib ki, virusun plazmafarez metodu ilə müalicəsi üçün donor olmağa hazırdır: "Dəyərli həkimlərimiz kriteriyalara uyğun olduğumu desələr, qan verməyə hazıram. Bu yolla bir neçə insanın həyatını qurtararam. Bu isə məni xoşbəxt edər".

Təcrübəli mütəxəssis insanları virusa qeyri-ciddi yanaşmamağa çağırıb: "Bəlkə də, bundan sonra heç nə əvvəlki kimi olmayacaq. Canımızdan başqa, hər şeyin yerini doldurmaq mümkündür. Ona görə də özünüzə, sevdiklərinə yaxşı baxın. "Mənə heç nə olmaz" deməyin. Bütün xəbərdarlıqları ciddiyə alın".

Qeyd edək ki, daha əvvəl "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və klub rəsmisi Yusuf Günay koronavirusa qalib gəlib.

Son xəbərlər