Mojo.az Banner
14:15 Azərbaycan nefti BAHALAŞIB  |     14:07 Bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ  |     13:54 Yaponiyada yenə güclü zəlzələ oldu  |     13:49 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ  |     13:43 Paytaxtda çoxmərtəbəli binanın altından metroya keçid inşa edilir? - Qurumdan AÇIQLAMA - VİDEO  |     13:38 Fransada DƏHŞƏT: Mənzildə beş körpə cəsədinin qalıqları tapıldı, qadın həbs edildi  |     13:30 Naxçıvanda DƏHŞƏTLİ QƏTL: Qadın öldürüldü, əri saxlanıldı  |     13:24 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür  |     13:15 Azərbaycanda zəlzələ baş verib  |     13:09 Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA  |     12:59 İki ölkənin vətəndaşları üçün Azərbaycana viza tələbi ləğv edilir  |     23:02 Milyonlarla kəpənək hər il eyni meşələrə uçur: Sirri hələ də açılmayıb  |     22:57 Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib  |     22:49 Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb? (SİYAHI)  |     22:44 Beyləqanda ağır qəza - Ata öldü, oğul yaralandı (Yenilənib)  |     22:28 Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət  |     22:20 “Kim milyonçu olmaq istəyir?”də - 1 milyon dollar qazandı - Video  |     22:14 “Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə  |     22:06 Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq  |     22:00 Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir  |    
Left Banner
Right Banner

Bakıda evdən külli miqdarda qızıl oğurlayan şəxs tutuldu

15.04.2020 16:38 2 901
Bakıda evdən külli miqdarda qızıl oğurlayan şəxs tutuldu
Sumqayıt sakininin evindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı “102” xidmətinə müraciət daxil olub. Qeyd olunub ki, 2019-cu ilin dekabr ayının 20-dən bu ilin aprelin 13-nə qədər müxtəlif vaxtlarda Sumqayıt şəhər sakininə məxsus, Biləcəri qəsəbəsində yerləşən evin dəmir barmaqlığı sındırılmaqla, ümumilikdə, 5 100 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxil olan müraciət əsasında Binəqədi RPİ-nın 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılan tədbirlər zamanı sözügedən ünvandan oğurluq etməkdə şübhəli bilinən qəsəbə sakini, 1981-ci il təvəllüdlü R.Həmidov müəyyən olunaraq saxlanılıb.

Məlum olub ki, R.Həmidov əvvəllər Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı müvafiq rayon üzrə Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə cinayət işi açılıb.

Araşdırma davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner