Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

İmişlidə yaşayış evində partlayış

10.04.2020 13:34 1 915
İmişlidə yaşayış evində partlayış
İmişlidə qaz sızması nəticəsində partlayış baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə ötən gün səhər saatlarında İmişli rayonunun Aranlı kəndində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki,1985-ci il təvəllüdlü İ.Mədətovun yaşadığı ikimərtəbəli evin yataq otağında olan qaz sobasında sızma olub. Ev sahibinin elektrik lampasını yandırması səbəbindən partlayış baş verib. Evin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

İ.Mədətov yanıq xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin arxa səthi, hər iki yuxarı ətrafın, üz və boyun nahiyəsinin ikinci dərəcəli termiki yanığı diaqnozu qoyulub.

İmişli Rayon Polis Şöbəsi və aidiyyəti qurumlar tərəfindən hadisə yerinə baxış keçirilib.

Faktla bağlı araşdırma başladılıb.

Son xəbərlər