Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Yaşı 65-i keçmiş onkoloji xəstələrin müayinələri təxirə salınıb? - AÇIQLAMA

30.03.2020 19:24 1 348
Yaşı 65-i keçmiş onkoloji xəstələrin müayinələri təxirə salınıb? - AÇIQLAMA
Milli Onkologiya Mərkəzində 65 yaşdan yuxarı xəstələr qəbul edilmir.

Median.Az
xəbər verir ki, bu barədə oxucunun redaksiyamıza ünvanladığı şikayətdə qeyd olunub.

Məlumata görə, Milli Onkologiya Mərkəzinə müalicəyə gedən pasiyentlərdən biri 65 yaşdan yuxarı xəstələrin qəbul edilmədiyi iddiası ilə geri qaytarılıb.

Sözügedən hadisəyə aydınlıq gətirən Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-a açıqlamasında belə bir qaydanın olmadığını deyib:

“Mövcud vəziyyətlə bağlı Mərkəz gücləndirilmiş iş rejimində çalışır. Müraciət edən pasiyentlərin sayı çoxdur. Bütün hallarda koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində qəbul edilən qaydalara riayət edilir. Lakin heç bir xəstəyə bu cür məlumat verilə bilməz. Bizim 70 yaşında müalicə alan pasiyentimiz var. Belə faktlarla qarşılaşan pasiyentlər bu barədə məlumat versinlər, araşdıraq.

Növbə götürdükdən sonra kabinetlərin qarşısında sıxlıq yaşanmaması üçün xəstələrə tövsiyə olunur ki, bir-biri ilə aralarında məsafə saxlasınlar. Bundan artıq heç bir qayda və tələb yoxdur”.

A.Kərimli onu da əlavə edib ki, bu günə qədər Milli Onkologiya Mərkəzində koronavirus şübhəsi ilə bağlı götürülən bütün analizlərin cavabları neqativ çıxıb:

“Mərkəzə daxil olan xəstələrin hərarəti ölçülür. İnsanların əllərini dezinfeksiya etmələri üçün tibb müəssisəsində xüsusi dispenserlər quraşdırılıb. Bu günə qədər koronavirus şübhəsi ilə bağlı götürülən analizlərin hamısının cavabı neqativ çıxıb. Ümid edirik ki, ümumilikdə, yoluxma hallarının sayında artım olmayacaq”.//oxu.azскачать dle 11.3

Son xəbərlər