Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |    
Mojo.az Avto
Mojo.az Avto

Diaspor Komitəsi Ukraynadakı azərbaycanlıların vəziyyəti barədə məlumat yaydı

30.03.2020 19:06 1 279
Diaspor Komitəsi Ukraynadakı azərbaycanlıların vəziyyəti barədə məlumat yaydı
COVID-19 virusunun yayılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Azərbaycan diasporunun azərbaycanlılara dəstəyi davam edir.

Komitədən verilən məlumata görə, minlərlə soydaşımız xaricdən Vətənə təxliyyə olunsa da, hazırda bir sıra ölkələrdə, o cümlədən Ukraynada növbəti təyyarə reyslərini gözləyən Azərbaycan vətəndaşları hələ də qalmaqdadır.

Dövlət Komitəsi, eləcə də Ukraynadakı Azərbaycan diasporunun operativ qərargahına, ümumilikdə, 450-dən çox müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti təxliyyə və maddi yardımla bağlıdır.

Hazırda DİDK və diaspor təşkilatlarının dəstəyi ilə 166 nəfərin müraciəti təmin olunub ki, onlardan 42 nəfər təxliyyə edilib, 124 nəfərə isə maddi yardım göstərilib – müvəqqəti yaşayış yeri və ərzaqla təmin olunub.

Maddi yardıma ehtiyacı olan soydaşlarımızın bir qismi və 30 nəfər tələbə hazırda Kiyevdəki Azərbaycan Evi – Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində yerləşdirilib, onların gündəlik tələbatı ödənilir.

Qeyd edək ki, martın 18-də Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) toplantısı keçirilib və dünyanın bir çox ölkələrində olduğu kimi, Ukraynada da yayılmaqda olan koronavirusla əlaqədar operativ qərargah və “qaynar xətt” yaradılıb.

Bu müddət ərzində operativ və gərgin iş rejimində çalışan qərargaha edilmiş müraciətlər əsasında martın 20-dən etibarən Kiyevdə yataqxanadan çıxarılmış 6 tələbə UABD tərəfindən xərcləri qarşılanmaqla hostelə yerləşdirilib.

Martın 23-də daha 30-a yaxın tələbə operativ qərargaha müraciət edərək, müvəqqəti yaşayış yerinə və maddi yardıma ehtiyacları olduğunu bildirib. Hotellərdə boş yerlərin olmaması, müraciət edən soydaşlarımızın sayının çox olması nəzərə alınaraq, həmin tələbələrin Qərargahda yerləşdirilməsi məqsədəuyğun sayılıb.

Martın 28-də operativ qərargah karantinə görə Vətənə qayıda bilməyən soydaşlarımıza dəstək aksiyasına başlayaraq, vətəndaşlarımızı zəruri ərzaq məhsulları ilə təmin edib.

Bununla yanaşı, qərargahın üzvləri Kiyevin müxtəlif tələbə yataqxanalarındakı azərbaycanlı tələbələrlə görüş keçirib, onların problem və ehtiyacları ilə maraqlanıb. Həmin yataqxanalarda Azərbaycan dilində informasiya xarakterli xüsusi elanların asılması təmin edilib.

Həmçinin, UABD rəhbərliyinin təşkilatçılığı və SOCAR-ın Ukrayna nümayəndəliyinin dəstəyi ilə 400 ədəd tibbi maska və 400 ədəd əlcək soydaşlarımıza çatdırılıb.

Eyni zamanda, diaspor rəhbərliyi tərəfindən də antiseptik məhlullar alınaraq tələbələrə paylanılıb.

Hazırda Ukraynanın bölgələrində də operativ qərargahların yaradılması və Vətənə qayıda bilməyən azərbaycanlı tələbələrin dəqiq sayının müəyyənləşdirilməsi işi davam etdirilir.

Qeyd etmək lazımdır ki, bu qərargahlar tək tələbələrə deyil, karantin zamanı Ukraynada yaşayan bütün Azərbaycan vətəndaşlarına yardım etməyə hazırdır. Soydaşlarımız problemləri ilə əlaqədar +380962273489; +380442273489 “qaynar xət”lərinə müraciət edə bilərlər.

Son xəbərlər