Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Həyat əhəmiyyətli obyekt rəhbərlərinə tövsiyə: İşçilərin həftəlik növbə əsasında yarısı işə cəlb edilsin

24.03.2020 21:36 1 670
Həyat əhəmiyyətli obyekt rəhbərlərinə tövsiyə: İşçilərin həftəlik növbə əsasında yarısı işə cəlb edilsin
Obyektlərdə şəxsin (şəxslərin) koronavirusa yoluxma halı qeydə alınarsa, kollektivin tam tərkibi karantinə alınacaq.

Median.Az
xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.

Müəssisə və şirkət rəhbərlərinə müraciət edən Nazirlik insanları maksimum diqqətli olmağa çağırıb.

Bildirilib ki, koronavirus pandemiyasının (COVİD-19) yayılması təhlükəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin həyata keçirildiyini və obyektlərdə koronavirusa yoluxma halı qeydə alınarsa, həmin şəxslə (şəxslərlə) birlikdə işçilərin tam tərkibdə karantinə alınacağını nəzərə alaraq, iş fəaliyyəti məhdudlaşdırılmayan həyat əhəmiyyətli, eləcə də mühüm istehsal, emal və satış obyektlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə müəssisə və şirkət rəhbərlərinə işçilərin həftəlik növbə əsasında 50%-nin işə cəlb edilməsi tövsiyə olunur.

Belə ki, obyektdə işləyən şəxsdə (şəxslərdə) koronavirusa yoluxma baş verərsə, həmin şəxslə (şəxslərlə) birlikdə olan digər işçilər tam tərkibdə karantinə alınmalı, müvafiq dezinfeksiya tədbirlərindən sonra işçilərin digər 50%-i ilə obyektin fasiləsiz fəaliyyətini təmin etməlidir.//oxu.azскачать dle 11.3
Mojo.az Banner