17:29 Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq  |     17:27 Ararat Mirzoyan: "Azərbaycan və Türkiyə Yerevana dəvət olunub"  |     17:07 Azərbaycanda alkoqollu içkilərin istehsalı kəskin azalıb  |     17:03 Hakim ağır cinayətdə ittiham olunan şəxsə bəraət verdi - Qalmaqal yarandı  |     17:02 Azərbaycanın U-17 millisi böyük hesabla uduzdu  |     16:49 Azərbaycanın Təbrizdəki baş konsulu dəyişdi - SƏRƏNCAM  |     16:43 Paytaxtın bəzi ərazilərində qaz olmayacaq  |     16:36 Ramiz Mehdiyevin Rusiyaya yazdığı MƏKTUB - FOTO  |     16:06 Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:56 Qarğabazar karvansarası bərpa olunur  |     15:52 Abşeronda tələbə binadan yıxılaraq öldü  |     14:54 Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi  |     14:49 Hakan Fidanın müavini Bakıya gəlib  |     14:41 Evdən 15 500 manat oğurlandı  |     14:40 Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olundu  |     14:34 Dövlət komitəsinin sektor müdiri vəfat etdi  |     14:22 Tramp Rusiyanın "Burevestnik" raketlərinin sınaqlarına münasibət bildirib  |     14:16 Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək  |     14:10 MTV ilə bağlı cərimə protokolu yazıldı - Bu verilişə görə  |     14:02 Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb  |    

Bakıda naməlum kişi xəstəxanada öldü

Bakıda kimliyi bəlli olmayan kişi xəstəxanada ölüb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, səfil həyatı sürən, kimliyi məlum olmayan kişi paytaxtın Xəzər rayonu, “Türkan bağları” adlanan ərazidə pis vəziyyətdə tapılıb.

Təcili tibbi yardımla həmin şəxs fevral ayının 2-də “kəskin qastroenterokolit, kardioskleroz xroniki bronxit ÜİX” diaqnozu ilə 19 saylı Birləşmiş şəhər xəstəxanasına gətirilib. Həmin gün oradan 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) aparılıb. Fevralın 8-də isə o, KTM-dən 22 nömrəli Birləşmiş şəhər xəstəxanasına aparılıb.

Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq, naməlum şəxs mart ayının 18-də “ÜİX, ateroskleroz, kardioskleroz, kəskin bronxit” diaqnozları ilə ölüb.

Meyitin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri və araşdırma davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 655 19.03.20 12:56