Mojo.az — elanlar
Son Xəbərlər
17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qeydiyyatda olmayan sərnişinlər şəhərə buraxılmayacaqlar - RƏSMİ AÇIQLAMA

17.03.2020 18:57 2 455
Bakıda qeydiyyatda olmayan sərnişinlər şəhərə buraxılmayacaqlar - RƏSMİ AÇIQLAMA
Koronavirusa görə Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Report”un suallarını cavablandırıb.

BDYPİ sözçüsü ilə müsahibəni təqdim edirik:

- Kamran müəllim, martın 19-dan martın 29-dək Bakı şəhərində qeydiyyatda olan avtomobillər şəhərdən sərbəst olaraq çıxıb, daha sonra geri qayıda bilərmi?

- Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda da qeyd edilib ki, Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan maşınların giriş-çıxışına icazə veriləcək.

- Bəs Bakı qeydiyyatında olan avtomobillər respublikanın hər hansı bir rayonuna gedib qayıda bilərmi?

- Əlbəttə, gedib qayıda biləcək.

- Belə başa düşülür ki, Bakı qeydiyyatında olan avtomobili idarə edən, taksi fəaliyyəti ilə məşğul olan şəxslər də rayona gedib qayıda biləcəklər...

- Xeyr! Məlumatda da qeyd edilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan edilir.

- Kamran müəllim, bəs şəxsi avtomobillərində sərnişin aparıb-gətirənlər necə tənzimlənəcək?

- Əgər həmin avtomobil sürücülərinin Bakıya gətirdiyi şəxslər postlarda yoxlanılacaqlar. Paytaxt qeydiyyatında olanlar şəhərə buraxılacaq. Qeydiyyatda olmayan sərnişinlər isə Bakıya buraxılmayacaqlar.

- Elə şəxslər var ki, rayon qeydiyyatındadır, lakin hazırda Bakıda işləyirlər. Yaxud da paytaxtda müvəqqəti qeydiyyatda olan məcburi köçkünlər həmin müddətdə rayona gedib gələ biləcəklərmi?

- Əgər həmin şəxslər rayon qeydiyyatındadırlarsa, onda onların Bakıda qalması məsləhətdir. Nə ehtiyac var gedib-gəlməyə? Karantin elan edilibsə, ciddi rejimdirsə, bunu başa düşmək lazımdır. Çünki virusun yoluxma ehtimalı çoxalır. Gərək insanlarımız da bunu başa düşsünlər. Bu qərar insanlarımız üçündür. 

Son xəbərlər