Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Mikayıl Cabbarov: “Təşvişə düşüb mağazalardan kütləvi alış etmək üçün heç bir əsas yoxdur”

14.03.2020 22:19 1 927
Mikayıl Cabbarov: “Təşvişə düşüb mağazalardan kütləvi alış etmək üçün heç bir əsas yoxdur”
Azərbaycanda son dövrlər bəzi insanların təşvişə düşərək mağazalardan kütləvi alış etməsi üçün heç bir ciddi əsas yoxdur. Bu fikirdə olan İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin ərzaq məhsulları ilə tam təchiz olunduğunu və koronavirusa görə yükdaşımalarda heç bir məhdudiyyət tətbiq edilmədiyini deyib. O, bildirib ki, hazırda ticarət şəbəkələri, mağazalar, eynilə anbarlarda gündəlik təlabat malları, o cümlədən ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur.

Nazirin sözlərinə görə, iqtisadi təhlükəsizlik məsələsi daim Azərbaycan hökumətinin diqqət mərkəzində olub. Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilir. Hazırda koronovirus təhlükəsi ilə əlaqədar olaraq ölkəmizin sərhədlərində tətbiq olunan məhdudiyyətlər isə yükdaşımalara şamil edilmir.

Mikayıl Cabbarov hökumətin iqtisadi sahədə vəziyyətə nəzarət etmək üçün bütün vasitələrə malik olduğunu vurğulayıb. Qeyd edib ki, yerli istehsalın artırılması üçün dövlət tərəfindən əlavə dəstək tədbirləri həyata keçiriləcək.

Son günlər istehlak bazarında tibbi vasitələrə - spirt və tibbi maskalara təlabatın artmasına gəlincə, Mikayıl Cabbarov hazırda bu məhsulların təchizatında heç bir çətinliyin olmadığını deyib. Qeyd edib ki, yaxın həftələrdə isə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisə işə düşəcək.

Nazir son günlər ticarət mərkəzləri və mağazalarda müşahidə olunan istehlakçı davranışına dünyanın hər yerində rast gəlindiyini, lakin mövcud şəraitdə insanların belə mərkəzlərdə kütləvi toplaşmasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə uyğun olmadığını diqqətə çatdırıb.

Son xəbərlər