Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkədən çıxışına qadağa qoyulmuş boksçunun məşqçisi: “İki min manatı tapa bilmədik”

13.03.2020 15:16 1 731
Ölkədən çıxışına qadağa qoyulmuş boksçunun məşqçisi: “İki min manatı tapa bilmədik”
“Tələbəm Məryəm Cəbrayılovanın Avropa Olimpiya Təsnifat Turniri üçün Londona gedə bilməməsi xəbəri doğrudur. Onun ölkədən çıxışına “stop” qoyulub”.

Bunu Oxu.Az-a boks üzrə qadınlardan ibarət millimizin üzvü Məryəm Cəbrayılovanın şəxsi məşqçisi İlham Əlimzanov deyib.

O bildirib ki, ölkədən çıxışına qadağa qoyulması haqda rəsmi sənədi yenicə aldıqlarından, tələb olunan pulu ödəyə bilməyiblər:

“Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ölkədən çıxmama haqda qərar var. Çünki xuliqanlıq maddəsi ilə açılan iş üzrə ona 2 min manat cərimə təyin olunub. Həmin pulu ödəmədiyindən, ölkədən çıxışına qadağa qoyulub.

Biz də bir gün qalmış pul tapa bilmədik. Federasiya da bu vəsaiti vermək imkanında olmadığından, Məryəm həmin yarışa gedə bilmədi. İndi o, mayda Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya Olimpiya Təsnifat Turniri vasitəsilə Olimpiadaya lisenziya qazanmağa çalışacaq”.

Qeyd edək ki, Məryəm Cəbrayılova ötən ilin may ayının 5-də Günay Zeynalova adlı xanımı döydüyü üçün barəsində xuliqanlıq maddəsi üzrə cinayət işi açılmışdı. Səbail Rayon Məhkəməsi ittihamı əsaslı bilərək boksçunu cərimələmişdi.скачать dle 11.3
Mojo.az Banner