Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Oğurladığı pulları mərc oyununda itirdi - FOTO

11.03.2020 12:46 3 169
Oğurladığı pulları mərc oyununda itirdi - FOTO
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar və fevral aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, 23 yaşlı İslam Vəliyev yanvar ayının əvvəllərində rayon ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq, oradan bir ədəd “Grundig” markalı televizor və üç ədəd şüşə qab oğurlayıb.

Daha sonra o, fevral ayının 16-da başqa bir evə daxil olaraq, oradan bir ədəd “Arçelik” markalı televizor və “HP” markalı kompüter, fevralın 25-də isə digər bir evə gizli yolla daxil olaraq, oradan səkkiz ədəd büllur meyvə və şirniyyat qabları oğurlayıb.

Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Dindirilmə zamanı İ.Vəliyev törətdiyi oğurluq hadisələrini etiraf edib. O, oğurladığı əşyaları 1200 manata satdığını, əldə etdiyi pulu isə mərc oyunlarında uduzduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.





скачать dle 11.3
Mojo.az Banner