22:58 Sumqayıtda ŞOK: "metallom"da mühafizəçinin meyiti tapıldı  |     22:51 Vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib  |     22:40 “Broker Əbülfəz” yenidən səhnədə – Gömrüyün köhnə siması geri qayıdır?  |     22:39 "Sənin möhkəm çiyninə, məsləhətlərinə ehtiyacım var"  |     22:37 Monteneqroda Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO  |     22:28 Üçüncü oğlu da işdən çıxarıldı  |     22:16 Gəncədə ad günü dəvəti faciə ilə bitdi: dostunun tanışına ağır xəsarət yetirdi  |     22:05 Avtomobil məktəblini vurdu - FOTO  |     21:52 Dünya şöhrətli rəqqasın əsərinin premyerası Bakıda olacaq  |     21:38 Bu yaş dövründə idman edənlərin beyni gec qocalır  |     21:17 Restoranlarda bəh-bəhlə yediyimiz monqol quzuları belə kəsilirmiş... – Almadan əvvəl MÜTLƏQ OXUYUN!  |     21:07 Leyla Əliyeva İsmayıllı rayonuna səfərindən görüntülər paylaşdı  |     20:55 KİV: HƏMAS Qəzzada atəşkəsi pozub  |     20:48 Firəngiz Mütəllimova: "Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim..." - Müsahibə  |     20:40 Fəzail Ağamalıdan İTTİHAM: "Bu məsələdən Ramiz Mehdiyevin iyrənc iyi gəlir" - Nikahdankənar oğul məsələsi BÖYÜYÜR  |     20:32 Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 15 nəfər sakin təxliyə olunub  |     20:24 Bakıda geniş yayılan bu ağacın ziyanı faydasından çoxdur  |     20:15 Ukrayna işıqsız qala bilər - XƏBƏRDARLIQ  |     20:09 Kişilərin əksəriyyəti BU BÜRCLƏRİN qadınlarına aşiq olur  |     19:59 Donuz əti xərçəng yaradır — Britaniyada bekon və vetçinaya qadağa tələbi  |    

Bakıda restoranlara gələnlərin sayı azalıb

“Koronavirus epidemiyası digər sahələrə olduğu kimi, turizm və hotel biznesinə də mənfi təsir edir. Hazırda turistlər gəzməkdən çox, evdə oturmağı üstün tuturlar”.

Bunu Trend-ə açıqlamasında Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib.

Onun sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, koronavirus turizmə mənfi təsir edib: “Şəhər mərkəzində olan və əsasən turistlərin gəldiyi restoranlara indi nəinki turistlər, hətta yerli sakinlər də az üz tuturlar”.

S.Dübəndi qeyd edib ki, Azərbaycanda koronavirus geniş yayılmayıb: “Biz bu xəstəliyin təsiri altında deyilik. Bu da dövlətin və səhiyyənin sayəsindədir. Ümid edirəm ki, həm səhiyyə, həm də səhiyyə ətrafında yaradılan qurumlar bu işin öhdəsindən yüksək səviyyədə gələcək”.

Qeyd edək ki, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən hava limanlarında, sərhəd nəzarət-buraxılış məntəqələrində yoluxmuş şəxslərin müəyyənləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir, xüsusi avadanlıqlardan istifadə olunmaqla ölkəyə daxil olan şəxslərə nəzarət edilir.

Ölkədə xəstəxanalarda infeksion palatalar ayrılıb, karantin zonaları yaradılıb, İranla sərhəd boyunca isə xüsusi səyyar laboratoriyalar quraşdırılıb.

Profilaktika tədbirləri çərçivəsində bütün təhsil müəssisələrində, uşaq bağçalarında dərslər dayandırılıb.

Dezinfeksiya həmçinin avtobus, metro stansiyaları, vağzal və dəmir yolunda da aparılır.

ÜST-ün məlumatlarına əsasən, dezinfeksiya tədbirləri etibarlı nəticə verir, sərhəddə karantin nəzarəti isə koronavirusun yayılmasını minimuma endirməyə imkan verir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 962 07.03.20 15:23