Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda universitetlər koronavirusa qarşı dezinfeksiya edilir? - ARAŞDIRMA

02.03.2020 16:13 2 302
Azərbaycanda universitetlər koronavirusa qarşı dezinfeksiya edilir? - ARAŞDIRMA
Ötən ilin dekabr ayından başlayaraq, koronavirus epidemiyası bütün dünyanı təşvişə salıb.

Azərbaycanda da üç nəfərdə koronavirus epidemiyası aşkarlanıb. Onların vəziyyəti stabildir.

Bəzi qurumlarda təhlükəsizlik tədbirləri çərçivəsində dezinfeksiya işləri aparılıb.

Azərbaycanda fəaliyyət göstərən universitetlərdə dezinfeksiya işlərinin aparılıb-aparılmamasını öyrənmək məqsədi ilə bir sıra ali təhsil müəssisələri ilə əlaqə saxladıq.

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zamirə Ədilova qeyd edib ki, Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə BANM-də əsaslı dezinfeksiya işləri aparılıb:

“Ali Məktəbin hər iki tədris korpusu “EKOL Mühəndislik Xidmətləri” QSC tərəfindən virus əleyhinə dezinfeksiya edilib, sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb. Eyni zamanda, Ali Məktəbdə SOCAR-ın Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən maarifləndirici təlim keçirilib.

Tədbirdə epidemiyanın tarixi, simptomları və yayılmasının qarşısının alınması yolları, xüsusən tələbələr arasında bu virusun profilaktikası məqsədi ilə sanitariya-maarifləndirmə işinin həyata keçirilməsi və qarşıda duran vəzifələr barədə geniş məlumat verilib”.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva isə vurğulayıb ki, qurumda sanitar-epidemioloji tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq xidmətlərin satın alınması məqsədi ilə dövlət satınalmaları haqqında Azərbaycan respublikasının Qanununa uyğun olaraq, müvafiq tədbirlər həyata keçirilir:

“Bu tədbirlərin icrası BDU-nun yataqxanasına da aiddir”.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə, universitetdə mütəmadi olaraq ay ərzində bir dəfə dezinfeksiya işləri aparılır:

“Koronavirusla əlaqədar dezinfeksiya işlərinə nəzarət daha da gücləndirilib. Universitetin tələbələri arasında və yataqxanalarda epidemiya ilə bağlı şübhəli hal qeydə alınmayıb”.

S.İsgəndərova qeyd edib ki, Təhsil Nazirliyindən bütün təhsil müəssisələrinə ünvanlanan məktubda kütləvi tədbirlərin məhdudlaşdırılması tövsiyə olunub:

“Buna uyğun olaraq hazırda Azərbaycan Texniki Universitetində kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılıb”.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova da bildirib ki, ötən həftə müəssisədə dezinfeksiya işləri aparılıb:

“Universitetin balansında altı tədris binası, dörd klinika, dörd yatqxana, bir idman kompleksi və bir inzibati bina var. Hər birində dezinfeksiya işləri aparılıb”.скачать dle 11.3

Son xəbərlər