Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Rafael Ağayev Olimpiya lisenziyasını vaxtından əvvəl təmin etdi

29.02.2020 18:37 2 834
Rafael Ağayev Olimpiya lisenziyasını vaxtından əvvəl təmin etdi
Azərbaycan milli komandasının lideri Rafael Ağayev (-75 kq) Tokio 2020 Olimpiadasına vəsiqəni vaxtından əvvəl təmin edib.

Milli Karate Federasiyasının saytının verdiyi xəbərə görə, Zalsburqda Karate1 Premyer Liqa turnirində 2 qələbə qazanmaqla Olimpiya reytinq xallarını 6795-ə çatdıran idmançımız, günün nəticələrinə görə ən yaxın izləyicisi Tomas Skott (ABŞ, 5017.50 xal) və Stanislav Horunanı (Ukrayna, 4957.50) kifayət qədər qabaqlayır. Xatırladaq ki, daha bir idmançımız İrina Zaretska (+61 kq) Dubayda mövsümün 2-ci Premyer Liqa turnirində olimpiya vəsiqəsini vaxtından əvvəl təmin etmişdi.

Avropa idmançıları üçün qarşıda lisenziya xalları verən 2 yarış və Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazandıran təsnifat turniri var. 13-15 Martda karateçilər Mərakeşin Rabat şəhərində Karate1 Premyer Liqasında, 25-29 Martda Bakıda 55-ci Avropa çempionatında, 8-10 May tarixlərində isə Parisdə olimpiya çəki dərəcələrində təsnifat turnirində Olimpiadaya vəsiqə qazanmağa çalışacaqlar.

Fransadakı yarışın yarımfinalçıları yenidən öz aralarında görüş keçirəcək. Daha yüksək nəticəyə əsasən üç idmançı Olimpiadada işitirak etmək hüququna sahib olacaq. Olimpiya reytinqində xal qazanaraq ilk 4 yeri tutan idmançılar bu təsnifat turnirində çıxış etməyəcəklər.скачать dle 11.3

Son xəbərlər