Mojo.az — elanlar
Son Xəbərlər
21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

İstefaya buraxılan generallar bu yüksək vəzifədə idilər

27.02.2020 18:46 4 207
İstefaya buraxılan generallar bu yüksək vəzifədə idilər
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə istefaya buraxılan hərbçilər Dövlət Sərhəd Xidmətinin (DSX) generallarıdır.

İstefaya buraxılanlardan general-leytenant Asif Cəbrayılov DSX rəisinin müavinidir.

General-leytenant Əsgər Xəlilov isə Sərhəd Qoşunlarının komandanıdır. Eyni zamanda o, DSX rəisinin müavini vəzifəsini tuturdu.

İstefaya buraxılan Fərhad Tağı-zadə də DSX rəisinin müavinidir.

Xatırladaq ki, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Asif Cəbrayılov, Əsgər Xəlilov və Fərhad Tağı-zadə hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar.

Son xəbərlər