Mojo.az Banner
19:54 Məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu ortaya çıxardı  |     19:47 Yaxın günlərdə maqnit qasırğası gözlənilir – Tarixlər açıqlandı  |     19:42 Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir  |     19:34 Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - statistika  |     19:29 "OpenAI"ın baş alimindən xəbərdarlıq: "Gələcəyə nəzarəti insanların əlində qalmalıdır"  |     19:21 Subay kişilər daha sürətli qocalır?  |     19:16 “Mannhaim Travel”in direktoru vətəndaşları xaricdə iş vədi ilə aldadıb pullarını ələ keçirdi  |     19:10 Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi  |     19:03 Azərbaycanda bu şəxslərə milyonlarla manat ƏDV geri qaytarıldı - RƏSMİ  |     18:56 Macarıstan 10 rus diplomatını ölkədən çıxarır  |     18:50 AFFA 4 klubu cərimələdi  |     18:42 Fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq  |     18:37 Bu sahədə qızlar oğlanları üstələdi - Azərbaycanda ilk  |     18:30 Bu şəxslər pensiya ala bilməyəcək  |     18:24 Küləkli havada 4 nəfər xəsarət alıb  |     18:15 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     18:09 Xırdalanda daş sexinin fəaliyyətindən NARAZILIQ - VİDEO  |     18:01 Sürücülər bu mahnılara qulaq asmasın  |     17:57 Sumqayıtda zəncirvari qəza: Beş avtomobil toqquşub  |     17:53 Azərbaycan polisi Amerikada vacib sammitə dəvət olundu  |    
Left Banner
Right Banner

Jurnalistə bədən xəsarəti yetirilib? - AÇIQLAMA

20.02.2020 14:20 1 496
Jurnalistə bədən xəsarəti yetirilib? - AÇIQLAMA
“Sosial şəbəkələrdə dünən gecə saatlarında bir qrup şəxs tərəfindən Nəsimi rayonunda ictimai asayişin pozulması ilə müşayiət olunan görüntülər yayılıb”.

Bunu Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, müvafiq icra hakimiyyəti ilə razılaşdırılmayan, məişət problemləri ilə bağlı toplanan bir qrup şəxsin ərazidən uzaqlaşdırılması zamanı özünü jurnalist kimi təqdim edən Əvəz Hafizli polisin xidməti fəaliyyətinə maneçilik yaratmağa çalışıb, müşahidə funksiyasını yerinə yetirməli olduğu halda prosesə emosional və jurnalist etikasına uyğun olmayan tərzdə müdaxilə edib.

E.Hacıyev vurğulayıb ki, asayişin bərpasından sonra onun polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı səsləndirdiyi iddialar əsassızdır, ona bədən xəsarəti yetirilməsi həqiqəti əks etdirmir:

“Ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan heç bir jurnalistin peşə fəaliyyətinin həyata keçirilməsinə tərəfimizdən hər hansı məhdudiyyət yoxdur. Kütləvi tədbirləri işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidirlər”.скачать dle 11.3
Mojo.az Banner