Mojo.az Banner
22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı bloqeri Ukraynaya buraxmadılar, gəlib Bakıda pomidor-yumurta yedi - VİDEO

15.02.2020 19:17 3 148
Azərbaycanlı bloqeri Ukraynaya buraxmadılar, gəlib Bakıda pomidor-yumurta yedi - VİDEO
Rusiyada yaşayıb, orada bloqerlik fəaliyyəti ilə məşğul olan əslən azəbaycanlı iş adamı Hüseyn Həsənov Bakıya gəlib.

Median.Az
xəbər verir ki, Ukraynadakı fanatları ilə görüşmək üçün Kiyev şəhərinə yollanan bloqer Borispol Hava Limanında saxlanılıb və paytaxta buraxılmayıb.

12 saat hava limanında qalan Hüseyn ukraynalı fanatlarına sosial media hesabı ilə səslənərək “Sizinlə görüşməyi çox istəyirdim. Amma min bahənə gətirib bizi ölkəyə buraxmadılar”, - deyib, və ordan Bakıya yola düşüb.

Vətəninə gələn Həsənovu Heydər Əliyev adına Hava Limanında yaxın dostları qarşılayıb və əylənmək üçün kluba aparıb.

Səhər isə qəlyanaltıya gedən məşhur bloqer masanın üzərində olan ləziz təamları telefonun kamerasına həkk edib.

“İnstagram” hesabının “Hekayə” bölümündə gördüklərini paylaşan Hüseyn Həsənov “Mənimlə evlənmək istəyən qız mütləq şəkildə pomidor-yumurta bişirməlidir”, - deyərək, yemək bişirə bilməyən xanım namizədləri atmacalı sözləri ilə iynələyib.

Qeyd edək ki, o, Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir.

Onun 12 milyondan çox “İnstagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran biznesi ilə də məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.//oxu.azскачать dle 11.3
Mojo.az Banner