Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Zamiq Hüseynov: “Efirə şort geyinib çıxsam, hamı məni daşlayar” - ÖZƏL

14.02.2020 21:04 4 856
Zamiq Hüseynov: “Efirə şort geyinib çıxsam, hamı məni daşlayar” - ÖZƏL
“Haqqımda “yaxşı geyinirsən” sözlərini eşidəndə təbii ki, mənə xoş gəlir. Fikrimcə, bəy həmkarlarım arasında yaxşı geyinən barmaqla sayılacaq qədərdir”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində müğənni Zamiq Hüseynov deyib.

Sənətçi Əməkdar artist Vasif Məhərrəmlinin “Bu nə dəbdir? Cırıq şalvar geyinərlər? Yer üzündə ancaq cırıq cinslər qalsa, yenə geyinməyəcəyəm. Pijama ilə gəzəcəyəm” fikirlərinə kəskin etiraz edib:


“Əsas odur ki, ifa etdiyin janrla geyimin uyğun olsun. Belə çıxır ki, efirə yırtıq cins şalvar geyinmək olmaz? Bunlar ağlımın ucundan belə keçmir. Vasif belə düşünür. Onun fikirlərinə hörmətlə yanaşıram. Amma bu o demək deyil ki, onun söylədikləri ilə razılaşmalıyam. Efirə cins də geyinmək, kliplərdə şortla da çəkilmək olar. Bu, normal haldır. Efirə və verilişdə müzakirə olunan mövzuya uyğun geyinmək lazımdır”.

Geyim mövzusunu həssaslıqla incələyən Z.Hüseynov bəzi geyimlərdə özünə sərhəd qoyduğunu da dilə gətirib:

“Xaricdə müğənni əgər efirə şort geyinib çıxırsa, mən onu edə bilmərəm. Ertəsi gün məni buna görə, hamı daş-qalaq edər. Amerikada yaşasaydım, edərdim. Amma bu gün Azərbaycanda yaşayıram. Mühitə uyğun yaşayıb, hərəkət etməlisən”.

Z.Hüseynov özündən başqa kişi həmkarlarının arasında yaxşı geyinən sənətçinin olmadığını söyləyib:


“Düzünü deyəcəyəm, Azərbaycanda geyim baxımından məni qane edən kişi müğənni yoxdur. Yaxşı görünmək üçün idmanla məşğul olmalısan ki, geyimini gözəl daşıya biləsən. Elə insan var ki, zövqlü geyinir, amma çəkisinin çox olması yaraşıqlı görünməsinə imkan vermir”.

İllər öncə kliplərində açıq-saçıq və öpüşmə səhnələrinə imza atan Zamiq indi belə riskli addımlar atmaqdan çəkindiyini açıqladı:

“Cavanlıqda bu addımları asanlıqla ata bilirdik. Amma indi risk edib ata bilmirəm. Köhnə kliplərimdə açıq-saçıq səhnələr var idi. Bu gün rejissor belə bir ssenarini qarşıma qoysa, razılıq vermək üçün günlərlə fikirləşərəm. “Uçduq” klipim ilk klip idi. Biz bunu gündəmə damğa vurmaq üçün etdik. Alındı da. Hamı o klipdən, mahnıdan, məndən, çəkilən xanım modeldən danışdı, aylarla müzakirə olundu”.

Açıq-saçıq səhnələrdən qaçan Z.Hüseynov süjet xətti olan böyük klip çəkdirdiyinin anonsunu verib:


“Səkkiz gündür yeni klip çəkdirirəm. Bu, tamamilə başqa bir janrdadır. Ekran işini izləyən tamaşaçılar açıq-saçıq səhnələr görməyəcəklər. Süjet xətti olan böyük bir klipdir. Artıq mən belə işlər ərsəyə gətirmək istəyirəm. Nəinki klipdə qızla öpüşəsən, hamı da oturub ondan yazsın”.скачать dle 11.3
Mojo.az Banner