Mojo.az Banner
13:41 Bakıda M6 ekspres marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR  |     13:35 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:24 Dünyada güclü zəlzələlər artıb: Azərbaycanı nə gözləyir? - ÖLKƏDƏKİ SON VƏZİYYƏT  |     13:23 Tunis sahillərində içində miqrantların olduğu qayıq BATDI  |     13:17 Moskvadan Bakıya uçuşlarda LƏNGİMƏ: İki aviareys GECİKİR - FOTO  |     13:11 Tayvan sahillərində güclü zəlzələ baş verib  |     23:01 Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO  |     22:56 Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA  |     22:49 Xocavənddəki mina partlayışında yaralanan şəxsin vəziyyəti açıqlandı  |     22:44 Göyçayda minik avtomobili aşıb, üç nəfər xəsarət alıb  |     22:38 Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı  |     22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |     22:26 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı  |     22:10 İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab  |     22:04 Gəncədə boğularaq öldürülən qadının (Fotosu)  |     21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |     21:50 Terri Day­son vəfat edib  |     21:43 Azərbaycan millisi Andorra ilə qarşılaşacaq  |     21:36 Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI  |     21:27 Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO  |    
Left Banner
Right Banner

Ofis işçiləri üçün bel sağlamlığını qoruyacaq sadə ÜSULLAR

13.02.2020 23:33 3 466
Ofis işçiləri üçün bel sağlamlığını qoruyacaq sadə ÜSULLAR
Adətən ağır fiziki işlərlə məşğul olanlarda çox rastlanan bel ağrıları, müasir dövrdə ofisdə çalışan şəxslərdə də artıb. Xüsusilə,qadınlarda daha çox müşahidə edilir.

Medicina.az xəbər verir ki, bu ağrılar adətən düzgün idman vərdişləri olmayan işçilərdə tez-tez əmələ gəlir.

Həddən artıq ağır yük qaldırmaq və fiziki olaraq özümüzü gücə salmaq bel ağrılarının əsas səbəblərindəndir. Təkrarlayıcı hərəkətlər, xüsusilə ofis stullarında edilən sağa-sola dönmə, yada önə-arxaya uzanmalar digər səbəblərdəndir. Eyni müddət bir pozisiyada oturub işləmək də belinizi zədələyə bilir.

Türkiyəli uzman Altan Yalım bel sağlamlığını qorumaq üçün bəzi məsləhətlər verib.

- Ağır işlərdə çalışanlar mütləq bel bölgəsini qüvvətləndirən qüvvət hərəkətlər etməlidir. Əlavə olaraq, bu hissədəki əzələləri dartaraq boş buraxmaq lazımdır.

- Hər gün yarım saat gəzmək də bel və qarın əzələlərinin uyğun gərginlikdə qalmalarına faydalıdır.

-Həddən artıq kökəlmə,əzələ zəifliyi qədər bel bölgəsini yükləyən bir problemdir. Buna görə də düzgün çəki bel üçün önəmlidir.

-Ofis masasının və stulunun quruluşu gün boyu bizi yora bilər. Ona görə də stulun hündürlüyü, bel üçün vacib amildir.

- Ofisdə saatlarla hərəkətsiz halda masa başında çalışanlar, ən azından bir saatdan bir ofis içində bir tur atmalıdırlar. Bu əzələlərimizi rahatlaşdırır.

- Qadınların hündürdaban ayaqqabı geyinməsi də problemlərdən biridir. Belə ki, çox hündür daban ayaqqabılar insanın ağırlığının belinə düşməsi ilə nəticələnir və bel zədələnir. Ayaqqabı nə çox hündür, nə də çox alçaq daban olmalıdır.скачать dle 11.3
Mojo.az Banner