Paytaxtda 17 yaşlı gənc qarnından bıçaqlandı
“Report” xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini 2003-cü il təvəllüdlü Fərzəliyev Rəşad Rövşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
