Mojo.az Banner
SON DƏQİQƏ
16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

İctimai nəqliyyatda telefonla ödəniş mümkün ola bilər

05.02.2020 23:39 1 619
İctimai nəqliyyatda telefonla ödəniş mümkün ola bilər
Son illər bir çox dövlətlərdə yeni texnologiyalar ictimai nəqliyyatda da tətbiq edilməyə başlayıb. Belarusun bir neçə şəhərində artıq ictimai nəqliyyat bütünlüklə QR kod sisteminə keçirilib. Şəhərlərdə ictimai nəqliyyatda gediş haqqı elektron pul kisəsi vasitəsi ilə ödənilir. Nəticədə isə üstünüzdə plastik kart gəzdirmək məcburiyyətində qalmırsınız.

Avropa ərazisində müxtəlif şəhərlərə səyahət edəndə onlayn əldə etdiyiniz bileti çap etdirməyə ehtiyac qalmır. Gedəcəyiniz avtobusa yaxınlaşırsız, əlində xüsusi aparat olan biri Sizə yaxınlaşır və telefonda onlayn və "pdf" formada olan QR kodunuzu skan edərək oxuyur və bununla da sizin gedişiniz təsdiq edilir.

Median.Az ted.az-a istinadən bildirir ki, bu gün yayımlanan məlumata görə isə artıq İstanbulda da QR kodla ictimai nəqliyyat vasitələrindən istifadə mümkün olacaq. Bununla da istanbul sakinləri QR-kod skaneri olan smartfonları ilə avtobusa minəcək və "İstanbul kart"ı əvəz edəcək sistem ilə rahat ödəmə həyata keçirə biləcək. Yeni sistem "Yükləyin, quraşdırın, oxudun, keçin" şüarı ilə təqdim ediləcək.

Mütəxəssislər də hesab edir ki, bu sistem insanların vaxt və büdcəsinə qənaət etmiş olacaq. Əksər vaxt istifadəçilər plastik kartları daşımaqda unutqanlıq edə və yaxud kart balansını artırmağı yaddan çıxara bilir. Bütün bunlar isə insanların əhvalına mənfi təsir edir, həm də onların vaxtına qənaət etmir. Həmçinin belə tətbiqlər onların ictimai nəqliyyata ödədikləri vəsaitlərin təhlükəsizliyini qorumaq baxımından da faydalıdır.
Görəsən, ölkəmizdə də ictimai nəqliyyatda bu texnologiyadan istifadə mümkün ola bilərmi?

Bakı Nəqliyyat Agentliyinin Mətbuat (BNA) xidmətinin rəhbəri Mayis Ağayev bu sistemin Azərbaycanda da tətbiqi barədə açıqlama verib. Onun sözlərinə görə, son bir ayda BakıKarta inteqrasiya olunan avtobusların hamısında quraşdırılan kart oxuma aparatları bu sistemi dəstəkləyir.
BNA rəsmisi sistemin tətbiqinə gəlincə isə bildirib ki, bizdə də bu sistemə keçid istisna deyil.скачать dle 11.3

Son xəbərlər