Mojo.az Banner
12:34 Bakıda küçədə meyit tapıldı  |     12:15 Hər gün milyon dollarlıq fırıldaq: Türkiyədə azərbaycanlıların da olduğu şəbəkə İFŞA EDİLDİ  |     12:08 Abşeronda üçaylıq körpə boğulub öldü  |     11:55 Əməkdar məşqçi VƏFAT ETDİ - FOTO  |     11:49 Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat edib  |     11:44 Azərbaycan nefti kəskin ucuzlaşdı  |     11:39 Sabunçuda qadın BIÇAQLANDI: Qayınatası şübhəli bilinir  |     11:33 Dünya bazarında neft BAHALAŞDI  |     11:26 Pavel Durov beynəlxalq axtarışa verildi  |     11:13 Ali məktəblərə qəbul üçün ixtisas seçiminin başlayacağı TARİX BİLİNDİ  |     23:04 Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə  |     22:59 Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür  |     22:52 Qapıda unudulan açar 5 min manatlıq oğurluqla nəticələndi - Məhkəmə qərarı  |     22:47 İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA - VİDEO  |     22:39 ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR  |     22:34 Xəyanəti ən çətin bağışlayan bürclər  |     22:25 Hər gün piyada gəzməyin bilmədiyiniz faydaları  |     22:19 2050-ci ildə qorxulu mənzərə: Yoluxma sayı 35 milyona yaxınlaşacaq  |     22:12 Tramp və Zelenski Vaşinqtonda ikitərəfli görüş keçiriblər  |     22:07 Tiktokerin işində ekspert rəyi müsbət qiymətləndirib  |    
Left Banner
Right Banner

10 yaşlı Nərminin öldürülməsi barədə anonim səs yazısı istintaqa təhvil verilib - AUDİO

05.02.2020 18:27 5 543
10 yaşlı Nərminin öldürülməsi barədə anonim səs yazısı istintaqa təhvil verilib - AUDİO
Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətli ilə bağlı “YouTube”da yayılan səs yazısı əməliyyat istintaq qrupuna təhvil verilib.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Qeyd edək ki, internetdə yayılan səs yazısında anonim müəllif qızın qətlində bu hadisə ilə bağlı tutulan 47 yaşlı İlkin Süleymanovun deyil, həmkəndlisi A.A.-nın günahkar olduğunu deyir.

Anonim müəllif qeyd edir ki, kənd sakinlərinin 80 faizi bunu bilir, lakin qisasdan qorxduqları üçün susurlar. Onun sözlərinə görə, həmin şəxsin qardaşı və kürəkəni daxili işlər orqanlarında xidmət edir və yüksək vəzifə tuturlar.

Anonim müəllif qızın nənəsigilə gedəndə A.A. tərəfindən qaçırıldığını və qurbanı boş bir evin zirzəmisində saxlanıldığını deyib. Onun iddiasına görə, sonradan həmin yerdə qızın qan izlərinə rast gəlinib. O, həmçinin oğurlanan qıza təcavüz edildiyini iddia edir.

Daha sonra mənbə qətlə yetirilən Nərminin cəsədinin A.A. tərəfindən yandırdığına şahid olan kəndlilərin olduğunu deyir və onların konkret adlarını çəkir.

Baş Prokurorluq səs yazısının araşdırılmalı olduğunu bildirərək, bu məlumatı hələ şərh etməyib.

Xatırladaq ki, Nərmin Quliyeva ötən il noyabrın 21-də qonşularında toy mərasimi zamanı qaçırılmışdı. O, yanvarın 6-da yaşadığı evin yaxınlığında öldürülmüş və yandırılmış halda tapılmışdı. Qonşulara və polisə qızın cəsədinin tapılması barədə ilk məlumat verən İ.Süleymanov olub.

İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunur.
скачать dle 11.3
Mojo.az Banner