Mojo.az Banner
SON DƏQİQƏ
16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

Çindən gələn yeddi azərbaycanlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi

05.02.2020 14:05 2 579
Çindən gələn yeddi azərbaycanlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Çindən gələn yeddi nəfər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı,1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Onların heç bir şikayəti yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub.

Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının da müraciət edən zaman hərarəti normal olub. Heç bir şikayəti yoxdur. Onlardan analizlər götürülüb, müayinə olunacaq.

Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı xəstələrlə ünsiyyətdə olmadığını deyib. Heç bir şikayəti olmayıb.

Müraciət edənlərdən daha biri isə Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Həkimlər onun da hərarətinin normal olduğunu və hazırda səhhətində problem olmadığını qeyd ediblər.

Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) isə həkim müayinəsindən keçiriləcək. Müraciət zamanı onun da hərarətinin normal, şikayətinin isə olmadığı bildirilib.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.скачать dle 11.3

Son xəbərlər