Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Nəsimi Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov vəzifəsindən azad edilib.
O, xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.