Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Astarada biri qadın olmaqla dörd narkotacir saxlanıldı

28.01.2020 11:51 2 808
Astarada biri qadın olmaqla dörd narkotacir saxlanıldı
Astarada narkotik alveri ilə məşğul olan şəxslər saxlanıldı.

Median.Az
xəbər verir ki, onlardan ümumilikdə yeddi kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlandı.

Astara polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Günay Cəfərova psixotrop maddə olan bir büküm metamfetamini satarkən saxlanılıb.

Onun yaşadığı evdən isə əlavə olaraq iki qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırma nəticəsində məlum olub ki, saxlanılan xanım sözü gedən psixotrop maddəni Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Əliyevdən alıb.

Şübhəli şəxsin isti izinə düşən polis çox keçmədən, adı çəkilən Siyavuş Əliyevi bir bükümdə metamfetamini və bir ədəd metadon həbini satarkən saxlayıb.

Onun üzərindən bir bükümdə heroin, altı bükümdə metamfetamin, yaşadığı evdən isə bir kiloqram heroin və elektron tərəzi aşkar edilib.

Analoji hadisə, rayonun Şahdağacı kəndində də qeydə alınıb. Belə ki, aparılan növbəti uğurlu əməliyyat tədbiri nəticəsində rayonun Şahağacı kənd sakini Oktay Quliyev heroin satarkən saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əlavə bir büküm də heroin aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, Oktay Quliyev həmin narkotik vasitəni həmkəndlisi Emin Mikayılovdan alıb.

Polis dərhal Eminin izinə düşərək onu narkotik vasitə satarkən elə iş başında yaxalayıb. Onun üzərindən beş büküm heroin aşkar olunaraq götürülüb. Emin Mikayılovun evində aparılan axtarış zamanı beş ədəd bağlama altı kiloqramdan artıq tiryək, bir bükümdı 70 qram metamfetamin tapılıb.//oxu.azскачать dle 11.3

Son xəbərlər