Mojo.az Banner
18:45 Ukrayna Omsk neft emalı zavodunu vurdu  |     18:39 Yeni sədr müavini kimdir? - DOSYE  |     18:23 Dövlət qurumunda 717 minlik yeyinti: Sabiq rəisə pul, iki əməkdaşına həbs cəzası  |     18:16 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     18:00 Bakıda bələdiyyə sədri BIÇAQLANIB: İşçisi HƏBS EDİLİB  |     17:52 Bakı-Naxçıvan reysləri TƏXİRƏ SALINDI - SƏBƏB  |     17:35 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:17 Çində 325 milyon dollar mənimsəyən sabiq məmura edam cəzası verildi  |     16:57 Bir milyonluq dələduzluğa görə iki tanınmış idmançıya HÖKM OXUNDU  |     16:50 "Neftçi" Luis Ortizlə yollarını ayırdı  |     16:37 Azərbaycan Rusiyaya nota verdi  |     16:07 Azərbaycanda yaşlıların ən çox yaşadığı rayonlar  |     15:24 Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı (VİDEO)  |     15:14 Azərbaycandan tranzit keçməklə Ermənistana propan qazı göndəriləcək  |     15:11 Misir və Azərbaycan arasında vizasız rejim tətbiq olunacaq?  |     15:04 Dünya bazarında "Brent" markalı neft ucuzlaşdı  |     14:58 "Arzum" yenidən hakim qarşısına çıxarılacaq  |     14:54 Tbilisidə öldürülən Fatimə ilə bağlı RƏSMİ AÇIQLAMA  |     13:25 Azərbaycan şahinlərinin təlimindən MÖHTƏŞƏM GÖRÜNTÜLƏR - Video  |     13:17 Partlayışda ölən qız qəbul imtahanından yüksək bal toplayıbmış  |    
Left Banner
Right Banner

10 yaşlı Nərminin öldürülməsində ittiham olunan şəxsin vəkilləri tibbi ekspertiza tələb edir

27.01.2020 22:03 2 077
10 yaşlı Nərminin öldürülməsində ittiham olunan şəxsin vəkilləri tibbi ekspertiza tələb edir
Tovuz rayonu Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın vəhşicəsinə qətlə yetirilməsində təqsirləndirilən İlkin Süleymanovun vəkilləri müvəkkilləri ilə bağlı məhkəmə tibbi ekspertizasının təyin olunması xahişi ilə Azərbaycan Baş Prokurorluğuna müraciət ediblər.

Bu barədə Oxu.Az-a vəkillər özləri məlumat verib.

Bu günə qədər təqsirləndirilən şəxsin üç vəkili var: Gəncə bürosunu təmsil edən Zabil Qəhrəmanov, Vəkillər Kollegiyasının Bakı bürosundan Əlibaba Rzayev və Murtuzəli Abbasov.


Müdafiəçilərin sözlərinə görə, istintaq hələ də onlara İ.Süleymanovla görüşmək imkanı verməyib. Onunla yeganə qısa görüş yanvarın 24-də Sabunçu Rayon Məhkəməsində baş tutub, hansı ki oradaTovuz Rayon Məhkəməsinin məhbus barəsində verilmiş həbs-qətimkan tədbiri barədə qərarı ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Bu görüş zamanı İ.Süleymanov vəkillərə qızın qətlində günahkar olmadığını və bütün etirafları fiziki təzyiq və işgəncə altında etdiyini bildirib. Bundan başqa, o, vəkillərə həbs edildikdən sonra ona yetirilən xəsarətlərin izlərini göstərib. Bununla əlaqədar olaraq vəkillər məhkəmə ekspertizasının aparılması üçün vəsatət qaldırıblar.

Baş Prokurorluğun şübhəli şəxsə qarşı zorakılıq tətbiq edilməsi barədə məlumatı təkzib edən rəsmi ifadəsini vəkillər vaxtından əvvəl verilən ifadə olaraq adlandırıblar.

“Məhkəmə Baş Prokurorluğa da eyni məktub göndərdi və indi bundan sonrakı hərəkətlərimizi müəyyənləşdirəcək cavab gözləyirik. İndi dediklərimiz istintaqın gedişinə mane ola bilər”, - deyə vəkillər bildirib.

Əlibaba Rzayev İ.Süleymanovun ruhi vəziyyətinin normal olduğunu deyib.

Qeyd edək ki, İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci bəndi (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz həbs) maddəsi ilə ittiham olunur.

Nərmin Quliyeva 21 noyabrda, saat 15:00 radələrində qonşularında toy şənliyi keçirilən zaman qaçırılıb. Yanvarın 6-da o, yaşadığı evin yaxınlığında yanmış halda ölü tapılıb. Qızın cəsədinin tapılması barədə qonşulara və polisə ilk məlumatı İ.Süleymanov verib.скачать dle 11.3
Mojo.az Banner