22:53 “Qalatasaray” öz meydanında “Bodo-Qlimt”ə qalib gəlib  |     22:37 "Qarabağ"ın futbolçusu avrokubokların tarixinə düşdü  |     22:29 Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanıldı  |     22:18 Bələdiyyə sədrinə "stop" qoyuldu  |     22:09 Tbilisidə 20-yə yaxın etirazçı saxlanılıb  |     21:58 Kirayə yaşadığı evdən çıxarılmış tanınmış alim vəfat etdi  |     21:52 “Qarabağ”- “Atletik” oyununda bərabərlik qolu  |     21:25 Mingəçevirdə kişi kanalda batıb, axtarışları aparılır  |     21:18 Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     21:12 Xalq artisti Şeyx Əbdül Mahmudovun son vəziyyəti AÇIQLANDI  |     20:56 "Qarabağ"dan erkən qol  |     20:47 DYP sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib  |     20:43 Azərbaycanda 169 qadın taksi sürmək üçün şəhadətnamə alıb  |     20:37 İsrail Qəzzaya 30 fələstinlinin meyitini qaytarıb  |     20:36 Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     20:31 Alen Simonyan Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib  |     20:26 Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib  |     20:18 Belqradda parlament binası qarşısında atışma baş verib, xəsarət alan var  |     20:10 Səkkiz ölkədən olan səyyahlar Xankəndiyə gəliblər  |     20:04 Peru paytaxtında 30 günlük fövqəladə vəziyyət elan edilib  |    

İran vətəndaşı və Masallı sakini tutuldu - Qaçaqmalçılıq - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirən İran vətəndaşı və Masallı rayon sakinini saxlayıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri uğurla davam etdirilir.

Belə ki, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıblar. Əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşı Dilehban Mohammad Jaberi müvəqqəti yaşadığı Masallı rayonu Şıxlar kəndindəki evdə tutulub. Evə baxış zamanı 2 ədəd polietilen torbada ümumi çəkisi 174,977 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. İran vətəndaşı ifadəsində aşkar edilən narkotik vasitənin bir qisminin ev sahibi Masallı rayon sakinin Rasim Hüseynova məxsus olduğunu bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq ev sahibi Masallı rayon sakini Rasim Hüseynov da tutulatraq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, D.Jaberi və R.Hüseynova şəxsiyyəti istintaqa məlum olmayan "Müslüm" adlı İran vətəndaşı Azərbaycanda satmaq məqsədi ilə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərib. Əməliyyat tədbirlərinin davamı olaraq D.Jaberinin əldə etdiyi və Ələt-Astara magistralının kənarında gizlətdiyi 3 büküm ümümi çəkisi 5 kiloqram olan heroin və 1 büküm ümumi çəkisi 380 qram olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 358 27.01.20 20:48