16:58 Ödəmə terminalından oğurluq edildi - VİDEO  |     16:52 Həbsxanaya düşmək üçün soyğunçuluq etdi: Bakıda qəribə cinayət  |     16:36 Növbəti köç karvanı Daşbulaq kəndinə çatıb, açarlar təqdim olunub  |     16:02 Bu halda Rusiya bazası Ermənistandan çıxarıla bilər  |     15:57 Lənkəranda mobil operatorlardan birinin əməkdaşını elektrik cərəyanı vurdu  |     15:50 Ermənistan vətəndaşlarının məhkəməsində Xocalı soyqırımının şahidi olmuş zərərçəkmişin ifadəsi elan edilib  |     15:44 Naxçıvanda duz istehsalı dayandırıldı  |     15:32 Rusiyalı alpinistlər çətin durumda: 8163 metrlik zirvədən enə bilmirlər  |     14:32 İlkin Süleymanovun vəkili SAXLANILDI - FOTO  |     14:11 Dövlət xidmətinin müharibə iştirakçısı olan əməkdaşı vəfat edib  |     14:01 Zaqatalada oğlu döyülən atanın ÜRƏYİ PARTLADI  |     13:47 Gələn il 17 mindən çox işaxtaranın peşə hazırlığına cəlbi planlaşdırılır  |     13:31 "Sputnik Azərbaycan"ın daha bir əməkdaşı sərbəst buraxıldı  |     12:49 Bakıda qadın tualetdə yıxılıb öldü  |     12:36 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olundu  |     12:35 Azərbaycanda hakimlərin seçilməsi prosedurları asanlaşdırılıb  |     12:18 Ermənistan ombudsmanına qarşı icraat başladılıb  |     12:17 Kənddə işləyəcək gənc müəllimlərə əlavə 2000 manat veriləcək  |     12:05 Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb  |     12:03 DSX-dən ƏMƏLİYYAT - Saxlanılanlar var (FOTO)  |    

Mingəçevirdəki silahlı insidentə görə saxlanılanlar var

Xəbər verildiyi kimi, yanvarın 20-də Mingəçevir şəhər sakini Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də iş üzrə digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, aparılmış istintaqla, qeyd edilən tarixdə saat 18 radələrində Mingəçevir şəhər sakini Elsevər Quliyevin qohumu Firdovsi Qasımov ilə birlikdə sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə ilə əvvəllər aralarında baş vermiş münaqişə ilə əlaqədar Ziyad Mirzəyevdən qisas almaq məqsədilə sonuncunun sərnişini olduğu “VAZ 2107” markalı avtomobilin qarşısını kəsərək avtomobildən düşüb üzərində gəzdirdiyi odlu silahdan 2 dəfə atəş açaraq onu yaralamasına, Ziyad Mirzəyev avtomobildən düşüb qaçarkən Elsevər Quliyevin ona doğru üçüncü dəfə atəş açmasına, lakin yaranmış səs-küylə bağlı ətrafa xeyli adamın toplaşması səbəbindən cinayətkar niyyətini başa çatdıra bilmədən gəldiyi avtomobillə hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə E.Quliyevlə qabaqcadan əlbir olan və Z.Mirzəyevi izləyərək onun yeri barədə E.Quliyevə məlumat verən digər qohumu Ülvi İsmayılovun hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində yaralanan və hadisə yerindən qaçan Z.Mirzəyevi öldürmək məqsədi ilə üzərində gəzdirdiyi baltanı götürüb onu təqib etməsinə, Z.Mirzəyevin yaşayış binalarının arasında gözdən itməsi və yaranmış əlverişsiz şəraitlə əlaqədar öz cinayətkar niyyətini başa çatdıra bilmədən hadisə yerindən uzaqlaşmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, istintaqla E.Quliyev və Ü.İsmayılovun qabaqcadan əlbir olaraq törətmiş olduqları xüsusilə ağır cinayətin qohumları Nahid Həsənov və Firdovsi Qasımov tərəfindən bilərəkdən gizlədilməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Quliyev və Ü.İsmayılova Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs, F.Qasımov və N.Həsənova isə Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 528 24.01.20 14:33