Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Çatdırdığı pizzaların içinə tüpürən kuryer tutuldu - VİDEO

23.01.2020 19:29 1 731
Çatdırdığı pizzaların içinə tüpürən kuryer tutuldu - VİDEO
Sifariş üçün apardığı pizzanın paketini açaraq tüpürür və bunu cib telefonunun kamerasına çəkir.

“Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin Eskişehir şəhərində qeydə alınıb.

Müəssisəyə quraşdırılan müşahidə kameralarında görünür ki, kuryer bundan sonra binanın beşinci mərtəbəsinə çıxaraq, pizzanı sifarişçi Hüseyn Alyüzə təslim edib.

Bunu müşahidə kamerasından izləyən bina sahibinin qohumu dərhal hadisə barədə Alyüzə xəbər verib. O da öz növbəsində məhkəməyə müraciət edib.

Kuryer Burak S.-nin işinə dərhal son verilib.

Məhkəmədə prokuror ona qarşı iki ayrı maddə ilə “istehlak ediləcək hər çeşid qidaya zəhər qataraq və ya başqa şəkildə onu xarab edərək şəxslərin həyatını və sağlamlığını təhlükəyə atmaq” (2-15 il) və “mala zərər vermək” (4 aydan 32 ilə qədər) maddəsi ilə ümumilikdə 18 ilə qədər həbs cəzası tələb edib.
скачать dle 11.3
Mojo.az Banner