Mojo.az Banner
Son Xəbərlər
17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |    
Mojo.az Avto
Mojo.az Avto

28 May qəsəbəsinin sakinlərinə ŞAD XƏBƏR

22.01.2020 18:21 1 607
28 May qəsəbəsinin sakinlərinə ŞAD XƏBƏR
28 May qəsəbəsinin sakinləri tezliklə davamlı elektrik enerjisi ilə təmin olunacaqlar. “Azərişıq” ASC tərəfindən sözügedən ərazidə kortəbii çəkilmiş xətlər sökülür, yeni şəbəkə yaradılır.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, qurum tərəfindən Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində istismara yararsız, kortəbii çəkilmiş naqillərin yenisi ilə əvəzlənməsi, son illərdə salınmış bir neçə qəsəbənin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması prosesi davam etdirilir.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin bildirdiyinə görə, bu işlər Xırdalan şəhərinin və ətraf qəsəbələrinin əhalisinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədi daşıyır.

O deyib ki, şəbəkənin yenidən qurulması bir sıra qəsəbələrdə növbə ilə elektrik təchizatının müvəqqəti dayandırılması ilə müşayiət olunur:

“2000-ci illərin əvvəllərindən başlayaraq yeni yaşayış massivlərinin salınması zamanı tikintilərin kortəbii aparılması, infrastrukturun olmadığı ərazilərdə evlərin tikilməsi orada məskunlaşan əhalinin elektrik enerjisi ilə təchizatını çətinləşdirib.

Nəticədə, Masazır, 28 May, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, “Atyalı”, “Quşçuluq” və digər yaşayış massivlərində sakinlərin elektrik enerjisi ilə təchizatında problemlər var. Bu ərazilərdə özbaşına elektrik xətləri çəkilib, bir çox hallarda yüksək gərginlikli xətlərin altında evlər tikilib.

Xətlər həyətlərdən keçir və transformatorların ifrat yüklənməsi baş verir. Evlər bir-birinə çox yaxın tikilib, yollar darısqaldır və yüksək gərginlikli xətlərin, dayaqların yenilənməsi üçün texnikanın işləməsi çətinləşir. İşlər yekunlaşmaq üzrədir”.

O əlavə edib ki, aparılan yenidənqurma işlərinə görə, bu qəsəbələrdə növbə ilə elektrik təchizatı dayandırılır:

“Bu barədə elanlar veririk. 28 May qəsəbəsinin sakinlərini elektrik təchizatında yaranan məcburi fasilələrə görə xəbərdar edirik. Sakinlər nəzərə almalıdırlar ki, bu fasilələr onların elektrik enerjisi ilə normal təchizatı, yaşadıqları ərazilərdə şəbəkənin yenidən qurulması üçündür.

“Azərişıq” ASC görülən işlər çərçivəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, Binəqədi rayonu, 28 May qəsəbəsində, Hökməlidə və digər ərazilərdə yüksək gərginlikli hava xətlərini, transformatorları, dayaqları, istismara yararsız naqilləri yeniləyir. Hazırda bu ərazilərdə, o cümlədən, 28 May qəsəbəsində gərgin iş gedir, briqadalar işləyir”.

Son xəbərlər