Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda söyüşə görə irad tutub, qətl törətdi - MƏHKƏMƏ

22.01.2020 13:42 1 876
Bakıda söyüşə görə irad tutub, qətl törətdi - MƏHKƏMƏ
Bakıda qətl törətməkdə təqsirləndirilən Pərvin Çərkəzovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 29-na təyin edilib. İttihama görə, hadisə ötən il iyunun 24-də Binəqədi rayonu, Ağamalıyev küçəsi, 6 saylı binanın qarşısında baş verib. Kamran Abdullayevin bud nahiyəsinə bir bıçaq xəsarəti yetirilib. O, Kliniki Tibbi Mərkəzə çatdırılan zaman çoxlu qan itirdiyindən dünyasını dəyişib. Araşdırmalar zamanı qətli daha əvvəl oğurluğa və avtomobil qaçırmağa görə məhkum olunan 22 yaşlı Pərvin Çərkəzovun törətdiyi məlum olub.

Qeyd edilən şəxslər daha əvvəl bir-birini tanımayıblar. İki gənc arasında münaqişə ədəbsiz ifadələrin işlədilməsinə görə baş verib. Qızla gəzən K.Abdullayev telefonda kiminləsə kobud danışan P.Çərkəzovun yanından keçəndə ona narazılığını bildirib. O, P.Çərkəzovu əxlaqlı olmağa çağırıb. P.Çərkəzov isə iraddan sonra cibindən bıçağı çıxararaq K.Abdullayevə zərbə endirib. Daha sonra P.Çərkəzov hadisə yerindən qaçsa da, tutularaq istintaqa cəlb edilib.скачать dle 11.3

Son xəbərlər