Mojo.az Banner
23:15 Paşinyan yeni Konstitusiya ilə bağlı qərarını açıqladı  |     23:03 Ermənistan Rusiyadan qaz və neft sazişlərinin ləğvi ilə bağlı xəbərdarlıq məktubu alıb  |     22:01 Əli Nağıyev MDB-yə üzv dövlətlərin iclasında iştirak edib  |     21:43 Uşaqlar üçün ən faydalı cizgi filmləri BUNLARDIR  |     21:31 Bu gölün ətrafındakı torpaqlar qızılla örtülüb  |     21:15 Mənzil aldı, 22 kvadratmetr itirdi: Xırdalan sakini şirkətdən şikayətçidir - Video  |     21:13 Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndəriləcək  |     21:10 UFC ulduzundan sərt açıqlamalar: "Tsarukyanı biabır edəcəyəm"  |     20:23 Rusiyanın hərbi fəallığına görə Yaponiya iki cəbhədə müharibəyə hazırlaşır  |     20:18 İrandakı müharibə "Toyota"ya zərbə vurdu: 83 min avtomobil...  |     20:10 Fermer azərbaycanlı merə hücum etdi - Vəziyyəti ağırdır  |     20:04 Avropada anormal istilər bir neçə ölkədə ölümə səbəb olub  |     19:55 Biznes üçün vahid maliyyə platforması yaradılacaq  |     19:50 Qlobal çöküş: Yer əhalisi 2064-cü ilə qədər iki dəfə azala bilər  |     19:43 Kino tarixini dəyişdirən görüş: Spilberqin kult filminin adı necə dəyişdi?  |     19:37 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq  |     19:30 Gəncədə restoran yandı  |     19:25 Rusiya Ermənistana xəbərdarlıq etdi  |     19:16 “Reddit”in sahibi vəfat etdi  |     19:11 28 May günü hava necə olacaq?  |    
Left Banner
Right Banner

Ukrayna təyyarəsinin vurulmasına görə beş ölkə İrandan kompensasiya tələb edib

16.01.2020 21:33 1 140
Ukrayna təyyarəsinin vurulmasına görə beş ölkə İrandan kompensasiya tələb edib
Kanada, Böyük Britaniya, İsveç, Əfqanıstan və Ukrayna “Boeing” təyyarəsinin vurulmasına görə İrandan kompensasiya tələb ediblər.

Median.Az
xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Kanadanın Xarici işlər naziri Fransua-Flipp Şampan həmin ölkələrin nümayəndələrindən ibarət qrupun Londonda keçirilən görüşünün yekunları barədə danışarkən bildirib. “İran kompensasiya ödəməlidir”, - deyə o bəyan edib.

Qeyd olunan beş ölkə qəza qurbanlarının qohumlarına təhqiqatın gedişində qəzanın səbəbləri barədə toplanan bütün informasiyanı çatdırmaq və onlara lazımi kömək göstərmək məqsədilə xüsusi qrup yaradıb.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehranın İmam Xomeyni aeroportundan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən üç gün sonra İran tərəfi təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.скачать dle 11.3
Mojo.az Banner