Mojo.az Banner
16:39 İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA  |     16:37 Avtomobiliniz 10 ildən köhnədirsə... – Ekspertdən maraqlı açıqlama  |     16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Əməkdar artist od püskürdü: Bədii şura gözlərini bərəldib, elə məni görürdü

15.01.2020 20:08 3 875
Əməkdar artist od püskürdü: Bədii şura gözlərini bərəldib, elə məni görürdü
Allah məni pis gözlərdən qorusun!

Bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Mehriban Xanlarova deyib. O, yay aylarında keçirdiyi dəhşətli qəzadan danışaraq, məsələnin onun xeyrinə həll olunduğunu bildirdi:

“Məhkəmə olmadı. Avtomobilim sığortalı idi. Sığorta şirkətinin nümayəndələri evə gəldi, vəziyyətimə baxdı və məsələni mənim xeyrimə həll etdi”.

Uzun zamandır efirlərə çıxmayan sənətçi məsələyə bu cür don geyindirdi:

“Emosional insanam. Bunu hamı bilir. Qərara gəldim ki, bir müddət proqramlara çıxmayım. Haqsızlıq olanda özümdən çıxıram. Məndən asılı deyil, haqsızlığı götürmürəm. Özümü də cilovlaya bilmirəm”.

Bir neçə ay öncə Space TV-də yayımlanan aparıcı Kamran Həsənlinin müəllif verilişində qonaq olub, açılan mövzu ətrafında aparıcı ilə sözü çəp gələn aktrisa, canlı efirdə yaşananlarla bağlı açıqlama verdi:

“Kamranın verilişinə çıxdım. Üstündən bir neçə dəqiqə keçmədi ki, aləm dəydi bir-birinə. Konkret sözümü çatdırıb, proqramı tərk etdim. Bunu orada da dedim, əgər mənim istedadım yoxdursa, məni lap apar Amerikada oxutdur, içim boşdursa, demək boş da qalacaq.

Notları bilsəm də, oxumağa səsim olmayandan sonra notlar mənim nəyimə gərəkdir? Notu bilməyən o qədər müğənnilərimiz var ki, amma görün, necə gözəl ifa edirlər. Oxuyanda da bəh-bəhlə onları tərifləyirik. Əsas istedaddır. İstedad olandan sonra heç kim sərhəd çəkə bilməz.

Verilişdən normal şəkildə ayrıldım. İstəmədim ki, aramızda olan pərdə götürülsün. İndi də Kamranla görüşsəm, salamını alaram. Əgər almasa, özü bilər. Salam Allah salamıdır”.

“Kanalların birində veriliş açıb, yenidən aparıcılıq edəcəksiniz?” sualına M.Xanlarova bu cür reaksiya bildirdi:


“İndi bütün məsələlər sponsorun gücü ilə həll olunur. Veriliş açmaq üçün ya gərək pulun olsun, ya da ki, yaxşı sponsor tapasan. Beynimdə maraqlı bir layihə var. Çox istərdim onu həyata keçirim. Bunu da zamanın axarına buraxmışam. Televiziyaların özündən təkliflər alıram”.

“Aparıcı olduğunuz “Canım sizə desin” proqramında qonağınız ilə birgə şpaqat açaraq “Azəri Vandamı” təqlid etməniz ARB kanalının Bədii şurası tərəfindən labüd sayılmayaraq, bağlandı” şərhinə əməkdar artist od püskürdü:

“Telekanalda olan Bədii şura gözlərini bərəldib, elə məni gördü. Guya verilişimdə qlobal və qalmaqallı bir şey olmuşdu, ona görə qərara gəldilər ki, Mehribanın verilişi bağlanılmalıdır. O biri verilişlərə də gözlərini “şpilka”lıyıb diqqətlə baxıb, izləsinlər. Görsünlər, efirlərdə nələr baş verir”.

скачать dle 11.3
Mojo.az Banner