Mojo.az — elanlar
Son Xəbərlər
11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəstənin qarnında qayçı unudulması ilə bağlı açıqlama: “Həkim robot deyil ki!” - VİDEO

15.01.2020 13:31 2 915
Xəstənin qarnında qayçı unudulması ilə bağlı açıqlama: “Həkim robot deyil ki!” - VİDEO
Xəbər verdiyimiz kimi, Gəncə şəhərində həkimlər xəstə 1953-cü il təvəllüdlü Orucova Laləzar Məhməmməd qızını əməliyyat edərkən bədənində qayçı unudub.

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı L.Orucova ARB-yə həkimlərin başına gətirdiyi hadisəni danışıb.

O bildirib ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd əməliyyatı edilib. Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib. Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib.

Məlum olub ki, qadının bədənində yad cisim (əməliyyat qayçısı) var. Laləzar Orucova bildirib ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimin müavini Elşad Əsgərov hadisə ilə bağlı məlumatı var:

“Ailənin dediyindən əlavə də problemləri var. Onun mədəaltı vəzisi xəstədir. Özləri də bilir. Bundan sonra xəstədə fəsadlar olsa, bu mədəaltı vəziyə görə yaranacaq. Biz üzərimizə düşən nə varsa, artıq etmişik.

Bununla bağlı həkimlərə lazımi göstərişlər verilib. Bu Almaniyada, ABŞ-da da olan şeydir. Tək bizdə deyil. Həkim robot deyil ki! Həkim də insandır”.




Son xəbərlər