Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

BDYP-də ciddi qanun pozuntuları aşkarlandı - Rəisdən sonra növbə kimindir?

07.01.2020 23:59 1 588
BDYP-də ciddi qanun pozuntuları aşkarlandı - Rəisdən sonra növbə kimindir?
Bu gün təqaüdə göndərilən Bakı Dövlət Yol Polisi İdarəsinin rəhbəri Nuşirəvan Səfərovun “vurulmasının“ əsl səbəbi bəlli olub.

“Bakupost” xəbər verir ki, onun bu yüksək postdan uzaqlaşdırılması təkcə yaş senzi ilə bağlı olmayıb. Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə idarədə kompleks yoxlamalar keçirilib. Yoxlamalar nəticəsində xeyli sayda ciddi qanun pozuntuları aşkarlanıb, maddi sübutlar götürülüb. Məsələn, aşkar olunub ki, rəisin və alay komandiri Rəşadət Babayevin otaqlarında şəhərə nəzarət edən qeyri-qanuni müşahidə kameraları var. Bu qurğuları idarə edən şəxslərin adları isə heç bir rəsmi sənəddə yoxdur.

Məlumatda bildirilir ki, yoxlamanın nəticələri yaxın günlərdə elan ediləcək. Həmin vaxt idarədə yüksək vəzifədə olan daha bir neçə nəfərin işdən uzaqlaşdırılacağı bildirilir.скачать dle 11.3

Son xəbərlər