Mojo.az Banner
SON DƏQİQƏ
16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |    
Mojo.az Avto
Mojo.az Avto

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqləndi

07.01.2020 14:39 1 388
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqləndi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, sənədə əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur.

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması planlaşdırılır.

Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də, televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.

Tədbirlər planına əsasən, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycanın dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.скачать dle 11.3

Son xəbərlər