Süleymaninin qızı: ABŞ və İsraili “qara günlər” gözləyir
Bununla bağlı “Reuters” məlumat yayıb.
“Ağılsız Tramp, düşünmə ki, atamın ölümü ilə hər şey bitib”, - Zeynəb Süleymani deyib.
Qeyd edək ki, Süleymaninin cənazəsi bu gün Tehrana gətirilib. General sabah torpağa tapşırılacaq.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və onun yaxın silahdaşları öldürülüb.
