Bakıda iki maşın toqquşub, ölən var
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 29-da saat 14 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Sabirabad rayon sakini O.Kərimovun idarə etdiyi "VAZ-2106" və Bakı şəhər sakini N.Məmmədovun idarə etdiyi avtomobillər toqquşub.
Nəticədə O.Kərimovun sərnişini olan arvadı Gülxar Səməd qızı hadisə yerində ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.