Mojo.az Banner
21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda milyonluq rekorda imza atan Üzeyir: Üç-beş manat verib, tamaşaçıları aldadırlar

21.12.2019 14:05 4 482
Azərbaycanda milyonluq rekorda imza atan Üzeyir: Üç-beş manat verib, tamaşaçıları aldadırlar
Son zamanlar izləmələrdə “fake”lərin (süni baxış) sayı həddən artıq çoxalıb. Bunlar mənim də rastıma çıxıb. Hətta yoxlamışam və belə şeyin olduğunun özüm şahidi olmuşam. Amma ad çəkməmişəm.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində məşhur meyxanaçı Üzeyir Mehdizadə deyib.

Azərbaycanlı ifaçılar arasında “Youtube” kanalının abunə sayına görə bir milyondan çox izləyici yığıb rekorda imza atan Üzeyir saxta yollarla “izlənmə” və “bəyənmə”lər yığan bəzi ifaçıları ifşa edib, onlara sərt mesaj yolladı:

“Yalançı “trend”lər gündən-günə daha da çoxalıb. Zəhmət çəkib, keyfiyyətli işlər görüb, yüksək pilləyə çatırıq, amma bəzi sənətçilər də var ki, üç-beş manat verib, hansısa yollarla izləmə sayını artırıb, tamaşaçıları aldadırlar”.

İstər sənətçilər, istərsə də sosial şəbəkə izləyiciləri arasında bayağılıqda günahlandırılan Mehdizadə “bayağı” sözünü eşidib, od püskürdü:

“Bayağı siz nəyə deyirsiniz? Bayağı sözü hər yerdə istifadə edilir. Yəni bayağılığın tək bəstəkarlığa adiyyəti yoxdur. Bayağı sözünün mənası sadə və bəsit deməkdir. Məsələn, siz əyninizə sadə geyim geyinəndə kənardan bayağı görünür ki?”

“Şou əhli arasında özünüzə rəqib kimi görürsünüz?” sualına Üzeyirin reaksiyası birmənalı olmadı:

“Bu kimi qalmaqallı suallardan qaçıram. Ona görə çalışıram çox az müsahibələr verim”.

Türkiyədə yetərincə tanınan Üzeyir Mehdizadə oranın şou-biznesinə qatılmaq niyyətində oldmadığını dilə gətirdi:

“Hansısa ölkənin şou-biznesinə qatılmaq fikrim yoxdur. İstədiyim odur ki, sənətimlə irəli gedim, Azərbaycanımızı layiqincə təmsil edim. Çıxışlarım tək Türkiyədən ibarət deyil, başqa ölkələrdə də çıxışlarım olur. Xarici ölkədə verdiyim konsertlər anşlaqla keçir. Mənə başqa ölkələrdə də tələbat çoxdur. İşimiz olduqca gedib xaricdə konsertlər verirəm”.

Qeyd edək ki, meyxanaçı Üzeyir Mehdizadə son illər “Youtube” kanalında olan kliplərinin baxış sayı ilə diqqət çəkir. Onun bəzi klipləri 100 milyondan çox baxış toplayıb.
скачать dle 11.3
Mojo.az Banner