Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Zeynəb Xanlarovanın qardaşı qızı bibisi haqqında deyilənləri yalanladı

18.12.2019 18:56 1 772
Zeynəb Xanlarovanın qardaşı qızı bibisi haqqında deyilənləri yalanladı
Son günlərdə sosial şəbəkələrdə dünya şöhrətli Zeynəb Xanlarova haqqında həqiqətə uyğun olmayan təbliğat xarakterli məlumatlar yazılır. Ümumiyyətlə, Zeynəb xanım kimi dünyada nüfuz sahibi olan insanlar haqqında hər zaman danışılır.

Zeynəb xanımın ABŞ-a köçməsi ilə bağlı yayılan məlumatlar yalandır. O, vətənini, millətini, xalqını sevən insandır. Bu səbəbdən heç bir yerə köçməyib və köçmək fikri də yoxdur. O, çox sevdiyi Azərbaycanda, vətənində yaşayır.

Median.Az xəbər verir ki, bunu Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova bibisi ilə bağlı yayılan məlumatlarla bağlı verdiyi açıqlamada deyib.

“Bilərəkdən, Zeynəb xanımın adına Milli Məclisdə heç vaxt demədiyi sözləri, təklifləri yazırlar. Yayılan şayiələrə inanmayın. Onların məntiqi ilə düşünsək, Azərbaycan parlamenti, ancaq Zeynəb Xanlarovanın qaldırdığı məsələləri həll edirmiş.

Zeynəb Xanlarova azdanışan, amma hər dəfə ən vacib məsələni qabardan barmaqla sayılacaq deputatlarımızdandır. Zeynəb xanım hər zaman, cəsarətli çıxışları ilə digər həmkarlarından fərqlənib. Zeynəb Xanlarovadan başqa kim Milli Məclisdə Xəzər dənizinin hasarlanaraq xalqın əlindən alınmasından danışıb?

Ondan başqa kim işğal altında olan torpaqlarımızın azad edilməsi üçün müharibə etməkdən başqa çıxış yolumuzun olmadığını və uzun illərdir Qarabağın qaytarılması ilə bağlı ATƏT-in Minsk qrupuna qulaq asmağımızın mənasız olduğunu dilə gətirib? Ondan başqa kim xalqın maddi durumunun yaxşı olmadığını, Türkiyədə rastlaşdığı hadisəni danışaraq cənab Prezidentə çatdırıb?”, - deyə Əməkdar artist qeyd edib.

Mehriban Xanlarova bibisinin maliyyə imkanları ilə bağlı yayılan xəbərlərədə aydınlıq gətirib:

“Zeynəb Xanlarova Allah tərəfindən verilən əvəzolunmaz səsinin sayəsi ilə qazandığı ruzini yeyir. Qazandığı bu ruzini kimə və hara xərcləməsi isə onun şəxsi məsələsidir. Heç kimə aidiyyəti yoxdur.

Azərbaycan xalqının var-dövlətini öz şəxsi ambisiyaları üçün çapıb-talayan bəzi dövlət məmurları ilə Zeynəb Xanlarovanı səhv salmayın. Onun kimi dünya ulduzları öz şəxsi maliyyə imkanları ilə bağlı kiməsə açıqlama vermək məcburiyyətində deyil. Zeynəb xanım Azərbaycan xalqının milli-mənəvi dəyərlərindəndir. Heç bir təbliğat xalqın Zeynəb Xanlarovaya qarşı olan sevgisini azalda bilməz”.//oxu.azскачать dle 11.3

Son xəbərlər