Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Mikayıl Cabbarov: Ölkə iqtisadiyyatına sərmayə yatırın

11.12.2019 21:38 2 409
Mikayıl Cabbarov: Ölkə iqtisadiyyatına sərmayə yatırın
Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyəti iki ölkənin iqtisadi və siyasi əlaqələri üçün mühüm əhəmiyyət daşıyır.

“Report” xəbər verir ki, bunu Şuranın Bakıda keçirilən iclası zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Əldə etdiyimiz nəticələr üzərində çalışırıq. Həmin nəticələr də Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsinin, bütövlükdə iqtisadi və siyasi əlaqələrin sürətlə artdığını göstərir. Həm Şuranın, həm də onun işgüzar tərəfdaşlarının fəaliyyətinə hər cür dəstək verməyə hazırıq”, - deyən nazir Şura qarşısındakı problemlərdən xəbərdar olmaq istədiklərini də qeyd edib.

“Bu problemlər həm təbii, həm də süni ola bilər. Onları birlikdə həll etməyə hazırıq. Mən sizi və sizin işgüzar tərəfdaşlarınızı Azərbaycan iqtisadiyyatına fəal şəkildə, cəsarətlə sərmayə yatırmağa çağırıram. Çünki Azərbaycan hökuməti sizi sözdə yox, əməldə dəstəkləyəcək”, - M.Cabbarov bildirib.

Nazir Şuranın fəaliyyətini şaxələndirməyin də əhəmiyyətini vurğulayıb: “İlk növbədə, bu, Şuranın əhatə etdiyi bazarların coğrafiyasına aiddir. Rusiya bazarında uğurla çalışırsınızsa, deməli, başqa bazarlarda da uğur qazana bilərsiniz. Həmçinin malların da çeşidi genişləndirilməlidir. Bu gün Azərbaycan mallardan çox xidmətlər ixrac edir”.скачать dle 11.3
Mojo.az Banner