Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Könül Xasıyeva Şəkidəki evini satmasının əsas səbəbini açıqladı

09.12.2019 16:32 1 425
Könül Xasıyeva Şəkidəki evini satmasının əsas səbəbini açıqladı
Anam xəstə olduğu üçün bütün işlərimi təxirə salmışam.

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Könül Xasıyeva deyib.

Xalq artisti Şəkidə evi satışa qoymasının da anasının səhhəti ilə bağlı olduğunu bildirib:

“Düzdür, Şəkidəki evi satıram. Çünki o evdə xəstə anam qalır. Həmçinin, ora gedib-gəlməyimiz çətindir. Artıq anam da yaddaşını itirib. Anamızın yanımızda olması üçün onu Bakıya gətirmək istəyirik. Anamdan sonra Şəkidəki evdə yaşayış olmayacaq. Ona görə ev satılmasa, ora batıb gedəcək”.

Könül Xasıyeva özünün səhhətinin yaxşı olduğunu qeyd edib:

“Hər hansı problemim yoxdur. Özümü də yaxşı hiss edirəm. Hər kəsə təşəkkür edirəm. Bu yaxın vaxtlarda konsert verməyi düşünmürəm. Hazırda yalnız anamın səhhəti ilə məşğulam. Onun müalicələrinin düzgün şəkildə getməsi üçün əlimdən gələni edəcəm. Çünki beyin damarlarında quruma gedir. Heç kəsi, hətta məni belə tanımır. Atam dünyasını dəyişəndən sonra tamamilə yaddaşını itirdi”.скачать dle 11.3

Son xəbərlər