Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Əməkdar artistdən Xalq artisti adına layiq görülən Miri Yusifə ismarıc: Ona “sənətkar” deyə bilmərəm

06.12.2019 14:28 1 572
Əməkdar artistdən Xalq artisti adına layiq görülən Miri Yusifə ismarıc: Ona “sənətkar” deyə bilmərəm
Bu məsələ ilə bağlı fikrimi almaq üçün bir çox insanlar mənə zəng edib. Tünzalə Ağayeva Azərbaycanın güclü səslərindən biridir. Mən bunu ürəklə deyirəm. Röya Ayxan ürəkdir, ürək.

Bu sözləri Əməkdar artist Firuzə İbadova tədbirlərin birində oxu.az-ın əməkdaşı ilə söhbətində deyib. O, gənc müğənnilərin fəxri ad alması ilə bağlı məsələsini özünəməxsus şəkildə şərh etdi:

“Şərt deyil sənin səsin üç “oktava” olsun, əsas ürəkdir. Təpədən-dırnağa qədər ürəkdir. Bunu isə danmaq olmaz, günahdır. Paxıllıq etmək lazım deyil. Axı niyə bəzi müğənnilər onlara paxıllıq edirlər? Azərbaycanın vətəndaşları öz balalarımızdırlar. Röya körpə yaşlarından mənim gözümün önündə böyüyüb. Röyanın atası Yaqub bəyin də gözəl səsi olub. Bir tərəfi Gəncəli, bir tərəfi isə Qarabaqlıdır. Onların “Xalq artisti” fəxri adına layiq görüldüklərinə çox sevindim”.

“Bu fikirləri Xalq artisti adına layiq görülən Miri Yusifə də aid edə bilərik” sualını vermişdik ki, əməkdar artist fikirlərini bu cür tamamladı:

“Əgər Miri Yusif də Röya və Tünzalə kimi fəxri ada laiq görülübsə, halal xoşu olsun. Ona mən “sənətkar” deyə bilmərəm. Çünki mən Şövkət Ələkbərova görmüşəm, “Mahnı Teatr”ı ilə dünyanın 50 ölkəsini gəzmişəm. Mən yalandan durub “Ürəyim Miri Yusif üçün gedir” deyə bilmərəm. Miri Yusif də bizimkidir qoy alsın!”.

Redaksiyamızın əməkdaşının “Üçlüyün uğuruna bəzi sənətçilər heç sevinmədi” cümləsini Firuzə İbadova bu cür davam etdirdi:

“Zamanı gələr onlar da düzələr. Onların illərlə gördükləri öz zəhmətləri yadlarına düşür, bəlkə də ona görə bir az narahat olurlar. Çox dəyərli ifaçılarımız var ki, hələ heç bir fəxri ada layiq görülməyiblər. Elə biri Akif İslamzadədir. O uzun müddətdir ki, oxumur. Amma səsi artıq tarixə həkk olunub. Onun simasında bir çox sənətçilər var ki fəxri adsızdırlar. Elə bu səbəbdən ola bilər ki, umu-küsülükləri olsun”.скачать dle 11.3

Son xəbərlər