Mojo.az Banner
12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Anar Ağakişiyev: Şou-biznesdə bu səviyyədə olmasaydım, məni öldürərdilər - FOTO

30.11.2019 20:28 5 015
Anar Ağakişiyev: Şou-biznesdə bu səviyyədə olmasaydım, məni öldürərdilər - FOTO
Röya ilə çox mehriban dostluq münasibətimiz var.

Median.Az
xəbər verir ki, bu sözləri dünya şöhrətli stilist və makiyaj ustası Anar Ağakişiyev Xalq artisti Röya Ayxanla küsülülük xəbərlərinə münasibət bildirərkən dilə gətirib. O, Röya ilə 10-15 gün küsülü qaldığını etiraf edib:


“Bu yalnış məlumatlardır. Bilmirəm, nə barışıq nə ayrılıq? Danışmırıqsa, niyə bir-birimizi “Instagram”da izləyək? “Instagram”da kimi izləmədən çıxarıramsa, bilin ki, o adamın üstündən xətt çəkdim. Bizim onunla 10-15 gün küsülüyümüz olub, ondan sonra yenə barışmışıq.

Anar Röya ilə dost olduğunu bildirsə də, Xalq artistinin onu bəzəyən makiyaj ustasının pulunu hər zaman ödədiyini söyləyib:

“Qardaş bacıdan pul alar?! Röya özü dəfələrlə mənə pul verib. Hətta ötən ilin sonu yəni Yeni il gecəsində onu bəzədiyimə görə zərfin içində masanın üstünə pul qoyub getmişdi. O mənim işimi çox yüksək dəyərləndirir.

Yerli sənətçilərlə çalışmayacağam deyəndə istisna olaraq Röyanın, Nanənin, Ruhinin adını çəkdim. Beş nəfər dostum var ki, onlara “yox” deyə bilmərəm”.

“Bu siyahıda Xalq artisti Aygün Kazımovanın adı var?” sualını eşidən Anarın üz ifadəsi 180 dərəcə dəyişdi. O, “növbəti sualınız” deyib, ehmalca sualdan yayındı.

Anar ona badalaq vuran, kələk gəlməyə çalışan həmkarlarından danışıb, onların çirkin əməllərini gün üzünə çıxarıb:

“Məni burada çox adam bəyənmir. Doğru danışanı yeddi kənddən qovarlar. Şou-biznesdə mən bu səviyyədə olmasaydım, məni əzib keçərdilər. Hətta bəlkə də öldürərdilər. O qədər mənə badalaq vuran dırnaqarası həmkarlarım var ki... Xərçəng xəstələri ilə bağlı “Instagram”da paylaşımlar edirəm. Onları öz yanlarına çağırıb, pul təklif edirlər ki, get Anardan tələb et ki, videonu hesabından silsin. İnanın ki, bütün bunlara nifrət edirəm”.


Anar Ağakişiyev redaksiyamızın əməkdaşı ilə söhbətində Azərbaycandan birdəfəlik köçəcəyinin anonsunu da verməyi unutmadı:

“Azərbaycandan Türkiyəyə köçürəm. Buradakı evlərimlə vidalaşıb, İstanbulda yaşamağa gedirəm. Şayiələr yayılıb ki, Anar Azərbaycandan köçüb. Bu dezinformasiyadan başqa bir şey deyil. Mən hazırda Bakıdayam. Müştərilərimdən “beh” almışam. Hamı bu xəbərdən şoka düşüb. Köçmək asan məsələ deyil. Bu bir günün işi deyil. Mən ayda iki-üç dəfə Bakıya gedirəm. İstanbulun düz göbəyində ev almışam. Qonşularımı tanımıram”.//oxu.azскачать dle 11.3
Mojo.az Banner