Mojo.az Banner
18:18 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     18:09 Azərbaycanda qardaş bacısını maşında öldürdü  |     18:07 Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı  |     17:52 Azərbaycan və Gürcüstan sərhəddə sıxlığı aradan qaldırmağı müzakirə ediblər  |     17:48 Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-i məhkəməyə verib  |     17:22 Rumıniyalı futbolçu "Neftçi"yə keçidini açıqladı: "Son qərarı mən verəcəyəm"  |     17:06 Şindan qalasında yeni izlər müəyyən edilib  |     17:00 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb  |     16:58 Binəqədidə baş verən yanğın məhdudlaşdırılıb  |     16:52 AFFA-da vəzifəli şəxslər işdən çıxarıldılar  |     16:46 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ  |     16:28 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarətə götürüb  |     16:24 "Qarabağ" onları avroliqadan kənarlaşdıran futbolçunu transfer etmək istəyir  |     15:59 Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirildi: Qardaşı tutuldu  |     15:50 Vəkil Elşad Məmmədov saxlanıldı - FOTO  |     15:21 Azərbaycanın dövlət borcu nə qədər olub?  |     14:51 Yeri qəfil maqnit qasırğası bürüdü: Dalğalanma hansı səviyyəyə çatacaq?  |     13:44 Sabah leysan olacaq  |     13:38 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     13:19 Arvadını öldürən şəxs: "Bizim kinomuz bura qədər idi" deyərək ona çox sayda bıçaq zərbəsi endirdim"  |    
Left Banner
Right Banner

Hesablama Palatası Adil Vəliyevin fəaliyyətini yoxlayıb: Nöqsanlar aşkar olundu

29.11.2019 21:24 1 604
Hesablama Palatası Adil Vəliyevin fəaliyyətini yoxlayıb: Nöqsanlar aşkar olundu
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Qaynarinfo quruma istinadən xəbər verir ki, iclasda Azərbaycan Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinin layihəsinə verilmiş rəy müzakirə olunub.

Rəydə Fondun büdcə layihəsi, habelə vəsaitinin 2020-ci ildə istifadəsinin əsas istiqamətləri (proqramı) və Fondun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetasının layihələri məqbul hesab edilib, onların təsdiq edilməsi barədə müvafiq fərman layihəsinin Fondun Müşahidə Şurasına təqdim edilməsi üçün quruma göndərilməsi tövsiyə olunub.

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları da müzakirə olunub:

Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində inzibatçılığın təşkili vəziyyətinə dair;

Sabunçu Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair;

Mədəniyyət Nazirliyinin 2017-2018-ci illər üzrə maliyyə hesabatlarına dair.

Kollegiya iclasında nəzarət tədbirləri üzrə auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarlarının və auditor hesabatlarının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş bir kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib, bir kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramda dəyişiklik edilməsi, Hesablama Palatası Kollegiyasının 2019-cu il 11 oktyabr tarixli, Q-137 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hesablama Palatası tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması Qaydaları”nın qəbul edilməsi ilə əlaqədar olaraq Palatanın digər metodiki sənədlərinin həmin Qaydalara uyğunlaşdırılması üzrə məsələlər, eləcə də "Kollegiya Qərarlarının və auditor hesabatlarının hüquqi təhlili üzrə Arayış”ın layihəsi müzakirə olunaraq təsdiq edilib.скачать dle 11.3
Mojo.az Banner